Mojo.az Banner
20:08 Azərbaycan və BƏƏ hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  |     19:59 "Tərtər işi"ndə ölən leytenantın ailəsinə 50 min manat veriləcək  |     19:47 Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır - Ərdoğan  |     19:47 Bakıdan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatdı  |     19:38 Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı  |     19:27 Azarkeşlərə səfər qadağası qoyuldu  |     19:26 Bakıda sevgilisinin evindən 7400 manat oğurlayan qadın həbs olundu  |     19:04 İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq  |     18:49 “Epşteyn sənədləri”ndə Angela Merkelin də adı hallanır  |     18:41 DİN-in keçmiş rəis müavini Rasim İldırımzadə və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb  |     18:32 Azərbaycanın Liqa klubu anqolalı futbolçunu transfer edib  |     18:21 Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb  |     18:12 Sabiq icra başçısının Rumıniyada 40 villa alan oğlundan açıqlama - FOTO (Yenilənib)  |     18:06 Paytaxtın sıxlıq müşahidə olunan küçələri  |     17:56 Mançesterdə yüngülmotorlu təyyarə qəzaya uğradı  |     17:41 Bakıda ağac təhlükəsi: Sakinlər heç bir nəticə əldə edə bilmirlər - Video  |     17:30 "Kometa-A" ölkədən 310 min dollar çıxarıb - Cərimə olundu  |     17:21 Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəldi  |     17:18 Böyük fişinq şəbəkəsi çökdürüldü: 400 min manatlıq kiberdələduzluq  |     17:01 Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub  |    
Left Banner
Right Banner

Nurməhəmmədov rəqibinin kəmərini təpikləyərək kənara atdı - VİDEO

07.03.2020 20:06 2 188
Nurməhəmmədov rəqibinin kəmərini təpikləyərək kənara atdı - VİDEO
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov rəqibi Toni Ferqyusonun kəmərini təpikləyərək kənara atıb.

“Life Shot” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, Nyu-Yorkda mətbuat konfransından sonra ənənəvi “baxışlar mübarizəsi” zamanı Toni Ferqyuson özünün çempionluq kəmərini döşəməyə qoyub və deyib:

“Mənim kəmərimə qarşı sənin kəmərin”.

Rusiyalı döyüşçü buna cavab olaraq rəqibinin kəmərini təpiyi ilə səhnədən atıb.

Bundan sonra tərəfdarları idmançıları səhnənin müxtəlif tərəflərinə çəkib.

Qeyd edək ki, Nurməhəmmədov aprelin 19-da UFC turnirində Toni Ferqyusonla qarşılaşacaq.
скачать dle 11.3