Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”

24.02.2020 15:37 3 663
Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
Rusiya vətəndaşı Kseniya Kukova Yevgeniyevna deyir ki, iki ildir Azərbaycanda ədalət axtarışındadı. İndi də Ali Məhkəməyə ümid edir.

Kseniya Kukova Bizimyol.info-ya danışır ki, 2017-ci ildə Azərbaycanda iş qurub, kiçik sahibkarlıqla məşğul olmağa başlayıb. Şərikləri ilə qurulan işdən aybaay vergi ödənib, Azərbaycan vətəndaşları işə götürülməklə onlara maaş verilib. Dediyinə görə, iki illik gərgin əmək sayəsində onun rəhbərlik etdiyi “E.Mi Baku” kifayət qədər müştəri toplayıb, stabil gəlir gətirməyə başlayıb. Onun sözlərinə görə, şəriklərilə problemləri də həmin vaxtdan yaranıb. İş məhkəməyə qədər gedib çıxıb.

Kseniya Kukova başına gələnlər haqda dövlət başçısına, Ali Məhkəmənin sədrinə də məktub yazıb. O, xüsusən məhkəmə ədalətsizliyindən şikayətlənir.

“Allahdan qorxmayan ədalətsiz məhkəmələrlə üz-üzəyəm. Sizə, ölkənin xarici və daxili nüfuzunu daima qoruyan şəxslərə şikayətim var. Mən Rusiya vətəndaşıyam, Azərbaycan dilində danışa, yaza bilmirəm. Burada mənim yardım diləyəcək qohumum, yaxınım yoxdur. Son ümidim sizsiniz...”, - deyə Prezidentə yazıb.

O bildirir ki, Azərbaycana gəlişinin səbəbi iş təklifi olub. Məqsəd Türkiyə vətəndaşı Mesut Mustafa Demirtaşın həyat yoldaşı Melek Demirtaşın təklifi ilə böyük gözəllik salonunun açılması idi: “Gözəllik salonu açıldı, mən Rusiyada treninqlərə qatıldım, işin hallarından kommersiya məqsədinin ciddi olduğunu sandım, həvəsləndim, inandım. Mesut Demirtaş dedi ki, xarici vətəndaş kimi, qeyri-rezident olduğu üçün investor kimi çıxış edə bilməyəcək. Öz ölkəsində pulun hardan əldə edilməsi barədə müvafiq qurumlardan sorğu-sualın olmasından ehtiyatlanır. Bizim, yəni Mələk və mənim təsisçi kimi çıxış etməyimizi xahiş etdi. Bildirdi ki, 185 min manat gözəllik salonunun təmir xərclərinə sərf olunacaq. Dedi ki, təmir xərclərini özü şəxsən qarşılayır, rəsmi olaraq isə şirkət təsisçiləri 30/70 ekvivalenti ilə yoldaşının və mənim adıma olacaqdır”.

Kseniya Kukova deyir ki, gözəllik salonu tam istismara verildiyi vaxtdan Mesut Demirtaş bəzi sənədlərin düzəlişi bəhanəsilə onu notariusa aparıb. Orada Kseniya 185 min manatlıq borc müqaviləsinə imza atıb. İddia edir ki, onu aldadıblar: “Azərbaycan dilini bilməməyimdən, ona tam etibar etməyimdən sui-istifadə edib, məni aldatdılar, 185 min manatla bağlı “borcun etirafı” müqaviləsinə imza atdırıblar. Bundan sonra mənə dedi ki, 185 min manat borcum olduğunu rəsmi qaydada etiraf etmişəm”.

Kseniya Kukova aldadılması ilə əlaqədar məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi iddiasını təmin etməyib. O, qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi onu haqlı olması nəticəsinə gəlib, şikayətini təmin edib.

“Mən məhkəmədə Mesut Demirtaşın söylədiklərini təkzib edən səs yazılarını təqdim etmişəm. Orada o, 185 min manatı gözəllik salonunun təmirinə xərclədiyini deyir. Özü də təsdiq edir ki, pulu mənə verməyib, salonun təmir xərclərinə yönəldib. Sadəcə, mənim azərbyacan dilini bilmədiyimdən istifadə olunub, mənə məzmununu bilmədiyim ərizəyə imza atdırılıb”.

Qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Fevralın 24-də Ali Məhkəmədə hakim Mehparə Əhmədovanın sədrliyilə bu işə baxılacaq: “Ehtiyatlanıram ki, qarşı tərəf əlaqələrindən istifadə edib, mənə qarşı növbəti ədalətsizliyə nail ola bilər. Ona görə də media vasitəsilə səlahiyyət sahiblərinə, Ali Məhkəmənin sədrinə səslənirəm, ədalətsizliyə imkan verməyin. Azərbaycana və onun məhkəmələrinə inamımı öldürməyin. Bu işin mənim üçün nə qədər vacib olduğunu bir Allah bilir...”

Son xəbərlər