Mojo.az Banner
13:16 Bakının icra hakimiyyətlərində struktur dəyişiklikləri - Yeni sektorlar yaradıldı  |     12:56 Azərbaycanda səkkiz vəkilin fəaliyyətinə xitam verildi - SƏBƏB  |     12:53 Bakıda 25 yaşlı gəncin hamamda MEYİTİ TAPILDI  |     12:52 Azərbaycan nefti cüzi ucuzlaşıb  |     12:40 Bakıda tələbə qız ÖLDÜ  |     12:39 İran hava məkanını açdı  |     12:36 Gəncədə 37 yaşlı qadın bıçaqlanıb  |     12:35 "Madaqaskar" cizgi filminin davamı çəkilə bilər  |     12:23 Türkiyədə narkotik əməliyyatı çərçivəsində həbs edilən Karacadan iddia: "İmamoğlunun voleybolçu sevgilisi olub"  |     12:14 "Vətəndaşın seçim hüququ yoxdur" - Özəl xəstəxanalarda icbari tibbi sığorta niyə işləmir? (Video)  |     12:07 Rafael Qvaladze vəfat etdi  |     11:56 Bakıda ər arvadının əlini qızdırılmış açarla yandırdı - TƏFƏRRÜAT  |     11:46 İki çoban yarım milyon manatdan çox pulu necə mənimsəyib? - Film kimi cinayətin detalları (Video)  |     11:45 Həbsdə olan generala ağır itki  |     11:43 Gəncədə 35 yaşlı kişi dəm qazından boğuldu  |     11:31 Britaniya İrandakı səfirliyini bağlayıb  |     11:27 Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı qərarı ləğv etdi  |     11:18 Abşeronda biryaşlı uşaq ölüb  |     23:09 Azərbaycanda türkiyəli tələbələrin meyitləri TAPILDI  |     22:57 Yanacağın qiymətindəki dəyişiklik gediş haqqına təsir edəcək?  |    
Left Banner
Right Banner

Qədim insanlar arasında dəfn ayinlərinin sirri açılıb

20.02.2020 12:26 1 928
Qədim insanlar arasında dəfn ayinlərinin sirri açılıb
Arxeoloqlar İraqda yerləşən Şanidar mağarasında Neandertal insanın demək olar ki, tam skeletini tapıblar.

Bu barədə Phys.org xəbər yayıb.

Tapıntı Neandertal insanların ibtidai cənazə ayinləri və ya “ölüm ritualları” tətbiq etdikləri fərziyyəsini təsdiqləyir.

Qalıqlar başdan belə qədər hissəni əhatə edir. Skelet arxası üstə uzanmış, sol əlini başın altına qoymuş vəziyyətdə olub. Çöküntü təbəqəsi səbəbindən əzilmiş kəllə yanında olan daş, təkrar dəfn edilən Neandertallar üçün bir növ işarə ola bilər. İlkin tədqiqata görə, sümüklərin 70 min il yaşı var.

1950-1960-cı illərdə Şanidar mağarasında kəşf edilən Neandertalların onlarla parçalanmış skeletlərindən birinə palçıq və çiçəklərdən hazırlanmış qarışıq sürtülüb. Bu, 30-45 yaş arasında insana aid sümüklərin çiçəklərlə basdırıldığını sübut edib.

Bununla da tapıntı qədim insanların dəfn ənənələrinin ilk sübutu kimi qəbul edilib.скачать dle 11.3