Mojo.az Banner
15:45 YAP: "İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir"  |     15:04 İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların adları açıqlandı  |     15:03 İran səfirliyi suallardan QAÇDI: Molla rejimi iç üzünü göstərdi (Video)  |     14:53 İranın dron hücumundan sonra Naxçıvan aeroportundan fotoreportaj (Video)  |     14:49 İranın İncirlik bazasına atdığı ballistik raketi kim vurub?  |     13:27 MN: "Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq"  |     13:02 İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb  |     13:01 İranın Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Nota verildi  |     12:50 İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanlar var - RƏSMİ  |     12:33 SON DƏQİQƏ: İran Naxçıvan aeroportuna dron hücumu etdi - ANBAAN GÖRÜNTÜLƏR ( FOTO / VİDEO)  |     12:10 Vətən müharibəsindən sonra 831 itkinin qalıqları tapılıb  |     12:00 Avtoxuliqanlığını “TikTok”da paylaşan sürücü həbs edildi (Video)  |     11:59 Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı  |     11:58 İrandan Azərbaycan sərhədi ilə indiyədək 1317 nəfər təxliyə edilib  |     11:55 Azərbaycandan Ermənistana növbəti dizel və gübrə partiyası yola salınıb - Video  |     11:53 İsrail yenidən Tehrana zərbələr endirməyə başladı  |     11:53 Səudiyyə Ərəbistanında hava hücumu cəhdinin qarşısı alındı  |     11:52 "Liverpul" 120 milyon funt sterlinq itirə bilər  |     11:51 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI  |     11:50 Küveyt sahillərində tankerdə MÜƏMMALI PARTLAYIŞ: Neft sızması baş verdi  |    
Left Banner
Right Banner

Bakıda ər arvadının əlini qızdırılmış açarla yandırdı - TƏFƏRRÜAT

15.01.2026 11:56 228
Bakıda ər arvadının əlini qızdırılmış açarla yandırdı - TƏFƏRRÜAT
Xəzər Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Əşrəf İmanzadənin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əşrəf İmanzadə 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2025-ci il mayın 20-də saat 17 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonunda yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəxində aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşı D.D.-yə qarşı zorakı hərəkətlər törədib.

İttihama görə, təqsirləndirilən şəxs həyat yoldaşının onun icazəsi olmadan qapını açaraq xalasını evə buraxmasını cüzi səbəb kimi bəhanə edib, qəsdən qisas almaq və cəzalandırmaq məqsədilə zərərçəkmiş şəxsi söyüb təhqir edib. Daha sonra istintaqla dəqiq müəyyən edilməsi mümkün olmayan dəmir materialdan olan qapı açarını mətbəxdə qaz sobasının üzərində qızdıraraq, zərərçəkmiş şəxsin qışqırıq səsinin eşidilməməsi üçün əlləri ilə ağzını tutub, həmin qızdırılmış açarla onun sağ əlinin üst nahiyələrini qəsdən yandırıb. Nəticədə D.D.-yə fiziki ağrı və psixi iztirablar yetirilib, sağ əlin arxa səthində II dərəcəli termik yanıq xəsarəti əmələ gəlib və sağlamlığın qısa müddətə pozulmasına səbəb olub.

Bundan başqa, 2025-ci il mayın 22-də saat 18 radələrində Əşrəf eyni ünvanda yerləşən fərdi yaşayış evinin qonaq otağında həyat yoldaşının evi natəmiz saxlamasını bəhanə edərək zorakı hərəkətlərini davam etdirib. O, zərərçəkmiş şəxsi yenidən söyüb təhqir edərək yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən döyüb, nəticədə sol gözaltı nahiyəsində və sol bazuda qançırlar əmələ gəlib. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan, lakin güclü fiziki ağrı və psixi iztirablarla müşayiət olunan xəsarətlər kimi qiymətləndirilib.

İstintaqla müəyyən edilib ki, zorakılıq halları bununla da bitməyib. Belə ki, 2025-ci il mayın 31-də saat 18 radələrində təqsirləndirilən şəxs yataq otağında həyat yoldaşına qarşı yenidən zor tətbiq edib. Evi natəmiz saxlamasını bəhanə edən şəxs onu söyüb təhqir edərək, yumruq zərbələri ilə döyüb. Nəticədə arvadının alt dodağının selikli qişasında qansızma, sağ bazuda qançırlar yaranıb. Bu xəsarətlər də sağlamlığa zərər vurmayan, lakin zorakı hərəkətlərin nəticəsi olan izlər kimi qiymətləndirilib.

Ümumilikdə, Əşrəf aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşına qarşı xüsusi amansızlıqla, qeyri-insani və qəddar üsullarla, dəmir açarı odda qızdıraraq yandırmaq, mütəmadi döyməklə fiziki ağrı və psixi iztirablar vermək şəklində davam edən zorakı hərəkətləri işgəncə və əzab vermə xarakteri daşıyıb.

Məhkəmədə Əşrəf ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, D.D. ilə 2024-cü il iyulun 24-də rəsmi nikaha daxil olub və həmin vaxtdan birlikdə yaşayıblar. Onun sözlərinə görə, ailə həyatının ilk aylarında münasibətlər normal olub, sonradan isə ər-arvad arasında soyuqluq yaranıb.

Təqsirləndirilən şəxs ifadəsində 2025-ci il mayın 20-də evə gələndə həyat yoldaşının xalasının evdə olduğunu öyrəndiyini, bu səbəbdən aralarında mübahisə yarandığını və əsəbi vəziyyətdə qapı açarını qızdıraraq arvadının əlini yandırdığını etiraf edib. Həmçinin mayın 22-də və 31-də evin natəmiz olması və ailə məsələləri ilə bağlı yaranan mübahisələr zamanı həyat yoldaşına şillə və zərbələr vurduğunu da bildirib.скачать dle 11.3
Mojo.az Banner