Mojo.az Banner
13:10 Benzin və dizelin qiymətinin artırılması illik inflyasiyaya nə qədər təsir edib?  |     13:01 Hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar aşkarlandı, sahibkar cəzalandırıldı  |     12:59 "TikTok"da insanları təhqir edənə işgəncə verən şəxslərə cəza istənildi  |     12:50 Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər - ƏRAZİLƏR  |     12:46 Bakıda 64 yaşlı kişi boğulub öldü  |     12:45 Dövlət agentliyində yoxlama aparılmasına 180 min manat xərclənəcək  |     12:44 Bakıya qar yağacaq, yollar buz bağlayacaq  |     12:43 "Arsenal"ın oyunu təxirə salınacaq  |     12:27 Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə xəbərdarlıq edildi  |     12:00 DİN-dən bazar günləri peyda olan "parkovşik"lərlə bağlı AÇIQLAMA  |     11:54 Sumqayıt Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi işini itirdi  |     11:48 Bakıda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırıldı  |     11:47 İtkin kimi axtarılan gənc tapılıb  |     11:17 Həbsdə olan Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürdü  |     23:02 Goranboyda "Gənclər Paytaxtı 2026"nın açılış mərasimi keçirilib  |     22:51 Mərkəzi Bank məlumat yaydı  |     22:41 Mərkəzi Bank məlumat yaydı  |     22:36 Bakıda 19 yaşlı tələbə itkin düşdü  |     22:27 Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var  |     22:09 Bakıya dəhşətli soyuqlar gəlir  |    
Left Banner
Right Banner

Saxta sənədlərlə maliyyə işləri aparan dəstə tutuldu - FOTO/VİDEO

19.02.2020 18:26 2 465
Saxta sənədlərlə maliyyə işləri aparan dəstə tutuldu - FOTO/VİDEO
Saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan dəstə üzvləri ifşa edilib.

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan şəxslər ifşa edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar Şahgəldiyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxım firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb.

Tədbirin davamı olaraq, Eldar Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri - oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatov da saxlanılaraq məsuliyyətə cəlb edilib. Eldar Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə, məsuliyyətə cəlb edildiyini bildirib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarədə qanunauyğun tədbirlər görülüb, araşdırmalar davam etdirilir.









скачать dle 11.3