Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:09 Navai Qazaxıstan qalmaqalından sonra məclislərdə iştirak qiymətini kəskin artırdı | 12:00 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar | 11:35 Nazir: "Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar" | 11:31 Bəzi cərimələr 150 faiz artırılır | 23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada azyaşlı qıza təcavüz edən azərbaycanlı taksi sürücüsü saxlanıldı

17.02.2020 22:00 2 602
Rusiyada azyaşlı qıza təcavüz edən azərbaycanlı taksi sürücüsü saxlanıldı
Rusiyanın paytaxtı Moskva şəhərində 15 yaşlı məktəbli qızı öpməyə çalışan taksi sürücüsü əməliyyatçılar tərəfindən saxlanılıb.

MK-nın məlumatına görə, doqquzuncu sinif şagirdi olan qız böyük bacısı və valideynləri ilə şəhər ətrafında yaşayır. Bir qayda olaraq, qız bacısı ilə birlikdə məktəbə taksi ilə gedirmiş. Ancaq fevralın 13-də bir qohum xəstə olduğu üçün qız tək getməli olub.

Saat 08:00-da taksinin ön oturacağında doqquzuncu sinif şagirdi olan qız, arxada isə başqa iki qadın oturub. Sükan arxasında Əsəd adlı 32 yaşlı Azərbaycan vətəndaşı olub. Əsəd Moskvada qeydiyyatsız, fərqli ünvanlarda yaşayıb. O, tanış azərbaycanlılardan taksi maşını götürərək pul qazanıb.

Sərnişinləri metroya çatdırdıqdan sonra sürücü nədənsə qəfildən maşından düşüb və məktəbli qızın ardınca gedib. O, gənc qızın paltarından tutub çəkməyə başlayıb, öpməyə cəhd göstərib. Küçədə çoxlu sayda insan olub, məktəbli qız qışqırıb və bu da sürücünü qorxudub. O, taksiyə minərək yola düşüb.

Təcavüzkar sürücü ertəsi gün tutulub. Polislər Əsədin şəxsiyyətini təyin edəndən sonra hava limanına tələsən bir müştəri adı ilə çağırıblar. Taksi sürücüsü aldanıb və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci - “Cinsi xarakterli zorakı hərəkətlər” maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək tutulub.

Son xəbərlər