Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Elazığda təhsil alan tələbə: Azərbaycan Prezidenti bizi çox böyük təhlükədən qurtardı - FOTO

27.01.2020 22:50 2 040
Elazığda təhsil alan tələbə: Azərbaycan Prezidenti bizi çox böyük təhlükədən qurtardı - FOTO
Zəlzələ qəfil baş verdi, qorxudan bütün gecəni küçədə keçirdim. Səhər kirayə yaşadığım evə girişi də bağladılar, təhlükəli olduğu üçün məni ora buraxmadılar. Mənimlə orada qalanlar hamısı öz evinə getdi, mənim isə getməyə yerim yox idi.

Median.Az
bildirir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin zəlzələ baş verən Elazığ vilayətindən təxliyə edilən, Fırat Universitetinin Elektrik-elektronika mühəndisliyi fakultəsinin 1-ci kurs tələbəsi Sevinc İsmayılova deyib. O bildirib ki, hadisə baş verən vaxt tam çarəsiz duruma düşüb:

"Mən həm oxuyuram, həm də işləyirəm. Hadisə olan vaxt iş yerimdə idim. Məlumat aldıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Turkiyənin Elazığ bölgəsində təhsil alan tələbələrin təhlükəsiz təxliyəsi üçün göstəriş verib. Öz hesabıma ölkəyə gəlməyə maddi imkanım yox idi. Ona görə də bu xəbəri eşidəndə Azərbaycanda olan anam da mənimlə birgə çox sevindi. Bu, bizim üçün çox böyük bir şans idi. Azərbaycanın Türkiyədəki Səfirliyi mənimlə əlaqə saxladı və sonra bizi avtobuslarla zəlzələ bölgəsindən çıxarıb Naxçıvana gətirdilər, oradan isə təyyarə ilə Bakıya - evimizə gəldik. Yolboyu bütün yemək və digər tələbatlarımız yüksək səviyyədə ödənildi. Sağ-salamat ailəmə qovuşduğum üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Cənab Prezident bir daha sübut etdi ki, dünyanın hansı ölkəsində olmağımıza baxmayaraq, Azərbaycan dövləti daim bizim yanımızdadır. Azərbaycan Prezidenti bizi çox böyük təhlükədən qurtardı. Bu hadisə dövlətimizə, dövlət başçımıza olan etibarımızı daha da artırdı. Onu da deyim ki, zəlzələdən sonra öz vətəndaşlarını bölgədən təxliyə edən yeganə dövlət Azərbaycan oldu. Bu, bizim üçün böyük qürurdur".

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ zonasından Naxçıvana təxliyə edilən 102 azərbaycanlı tələbə yanvarın 26-da təyyarə ilə Bakıya gətirilib.

Son xəbərlər