Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekspertdən həyəcan təbili: Türkiyədə 7,2 bal gücündə zəlzələ ehtimalı

30.03.2024 17:02 936
Ekspertdən həyəcan təbili: Türkiyədə 7,2 bal gücündə zəlzələ ehtimalı
Türkiyənin Elazığ vilayətində yerli vaxtla gecə saat 03.30-da 4,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Bingöl, Tunceli, Malatya, Diyarbəkir və Batman vilayətlərində hiss olunub.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər verib.

Bildirilib ki, zəlzələdən sonra heç bir neqativ hal qeydə alınmayıb.

Türkiyəli tanınmış geoloq, professor Okan Tüysüz Elazığda baş verən zəlzələ ilə bağlı açıqlamalar verib. O, təkanları afterşok hesab etdiyini deyib. Ancaq regionda 7,2 bal gücündə zəlzələ ilə bağlı da xəbərdarlıq edib:

“Elazığ 24 yanvar 2020-ci ildə baş vermiş 6,8 bal gücündə zəlzələnin təsir zonasına daxil olan yerdir. Bunu afterşok hesab etmək olar. Həmin vaxt enerji boşaldığı üçün böyük zəlzələ gözləmirik.

Ancaq regionda ən mühüm və təhlükəlisi hesab etdiyimiz Bingöl Yedisu qırılma xətti mövcuddur. Onun 7,2 bal gücündə zəlzələ yaratma ehtimalı var. Yedisu çatı Elazığın bir az şərqindən Karlıovaya doğru uzanan qırılma seqmentidir. Region riskli ərazidir və diqqətdə saxlanılmalıdır”, - deyə professor vurğulayıb.

Mənbə: Haber Globalскачать dle 11.3
Mojo.az Banner