Çində təhsil alan azərbaycanlı tələbə: - "MASKALAR TÜKƏNİB"- VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

Çində təhsil alan azərbaycanlı tələbə: - "MASKALAR TÜKƏNİB"- VİDEO

"Mediada koronovirusla bağlı həddən artıq çox xəbərlər yayılıb. Vəziyyətin ağır olduğu qeyd olunur. Xəbərlərin bəziləri doğrudur. Amma bəzi məlumatlar bir qədər şişirdilir”.

Bu sözləri Çində təhsil alan azərbaycanlı tələbə Yalçın Bayramov News24.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə qrip sürətlər yayılır və onun tezliklə qarşısını almaq çox çətindir: “Birincisi Çində əhali həddən artıq çoxdur, ikinci isə virusun başlanqıcı olduğundan, o, asanlıqla yayılır. Buna rəğmən, burda həyat normal şəkildə davam edir. Düzdür, insanlarda qorxu var, amma yenə də hər kəs öz həyatını yaşayır”.

Gənc tələbə bildirib ki, koronovirusla bağlı onlar təlimatlandırılıblar: “Bu virusa yoluxmamaq üçün özümüzü qorumalıyıq və daim həkim nəzarətində olmalıyıq. Çalışmalıyıq ki, insanlarla az-az təmasda olaq, vacib iş olmadığı təqdirdə evdən çölə çıxmayaq. Burdakı məlumata görə, artıq 95 nəfərə yaxın insan müalicə olunub və xəstəxanadan evə buraxılıb. Mətbuatdakı məlumatların təsirinə qapılıb panikaya düşməməliyik”.

Y.Bayramov onu da qeyd edib ki, Çində təhsil alan tələbələr ölkəyə qayıtmağı düşünürlər: “Tələbələrin bəziləri artıq Azərbaycana dönüb. Qalanlar da dönməyi planlaşdırırlar. Tanıdığım tələbələr arasında koronovirusa tutulan yoxdur. Şükür, hamısının sağlıq durumu yaxşıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 222 27.01.20 21:16