Bakıda iyrənc mənzərə: Heyvanlar kəsilib, qanı yola axıdılır - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |     11:46 Xətai rayonunda gənc oğlanı avtomobil vurub  |     11:42 İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır  |     11:37 Olivye Jiru “Milan”la bağlı qərarını AÇIQLADI  |     11:36 Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər  |     11:35 Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ  |     11:34 Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     11:33 Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO  |     11:32 “Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır  |     11:31 Qarabağın elektron xəritəsi hazırlanıb - VİDEO  |     11:30 “Togg” Avropa bazarına çıxır  |     11:28 İcbari tibbi sığortada YENİLİK: Bəzi müayinələr pulsuz olacaq - VİDEO  |     11:26 İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO  |     11:16 Bəzi məhsulların idxalı və satışı ƏDV-dən azad edilib - QƏRAR  |     22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |    

Bakıda iyrənc mənzərə: Heyvanlar kəsilib, qanı yola axıdılır - VİDEO

Bakı şəhərində qanunsuz heyvan kəsimi hələ də davam edir.

Bu barədə Oxu.Az-a Yasamal rayonu, Şərifzadə və Talıblı küçələrinin kəsişməsində, 3/8 ünvanında yaşayan sakinlər bildirib.


Onların sözlərinə görə, heyvanlar küçədə kəsilir, qanı yola axıdılır.

Sakinlər bildirib ki, məsələ barədə dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etsələr də, ərazidə iş görülməyib:

“Qurumdan bizim müraciətə cavab olaraq bildirilib ki, Şərifzadə küçəsi ilə Talıblı küçəsinin kəsişməsində fəaliyyət göstərən “Qara dana” adlı heyvan kəsimi məntəqəsində ətin satışı antisanitar vəziyyətdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib.

Bununla əlaqədar olaraq sahibkarlıq subyektinə məxsus qeyri-qanuni heyvan kəsimində istifadə olunan dəmir konstruksiyalı qurğular ləğv edilib, antisanitar vəziyyət aradan qaldırılıb. Amma bu gün orada vəziyyət AQTA-nın bizə ünvanladığı cavab kimi deyil”.

Vətəndaşlar qeyd edib ki, məsələ barədə Yasamal Rayon İcra Hakimiyyətindən də müraciət ediblər. Lakin qurumdan müraciətə cavab ala bilməyiblər.

AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, qeyd olunan ərazidə müvafiq qurumlarla birgə dəfələrlə reydlər keçirilib:

“Heyvan kəsimində istifadə edilən vasitə və qurğular sökülüb. Həmin yer nəzarətə götürülüb, müvafiq icra qurumları və hüquq-mühafizə orqanları ilə birgə qeyd olunan ünvanda qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 513 24.01.20 13:46