İlham Əliyev görüş keçirdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |     12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |     12:10 Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA (VİDEO)  |     12:09 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     12:00 DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  |     11:59 Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb  |     11:58 Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri isə yandırılıb  |     11:57 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |    

İlham Əliyev görüş keçirdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti dövlətimizin başçısı tərəfindən son illərdə aparılan islahatlar nəticəsində Azərbaycanda sığorta sahəsinin inkişafı və təkmilləşməsi üçün yaxşı imkanların yarandığını bildirib. Qeyd edib ki, “Swiss Re” şirkəti Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarda iştirak etməyə, Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazırdır.

“Swiss Re”nin əsasən fövqəladə hallarda yaranan sığorta hadisələri və onların təkrar sığortası üzrə dünyanın ixtisaslaşmış lider şirkətlərindən biri olduğunu deyən Veronika Skotti təmsil etdiyi qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib.

Dövlətimizin başçısı ölkəmizdə sığorta bazarının, xüsusilə daşınmaz əmlak sahəsində sığorta sisteminin səmərəli təşkilinin və inkişafının vacib olduğunu vurğulayıb.

Görüşdə bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini sürətləndirəcək xarici investorlarla, o cümlədən “Swiss Re” şirkəti ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 109 23.01.20 15:42