Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan müsabiqənin qalibləri məlum oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |    

Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan müsabiqənin qalibləri məlum oldu

Yanvarın 15-də Rusiya Azərbaycanlı Gənclər İttifaqının (RAGİ) sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “AMOR Təqaüdü” müsabiqəsinin qalibləri məlum olub.

Median.Az
xəbər verir ki, bu il, ilk dəfə olaraq Rusiya Azərbaycanlı Gənclər İttifaqı tərəfindən, Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı tələbələr, məbləğindən asılı olmayaraq təhsil haqlarının ödənilməsi üçün unikal fürsət əldə edəcəklər. Rusiya Azərbaycanlı Gənclər İttifaqının saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə elan edilmiş müsabiqənin sənəd qəbulu yekunlaşıb, daha sonra tələbələrin müraciətləri müsabiqənin tələblərinə uyğun olaraq yoxlanılıb və qaliblər müəyyən edilib.

Xatırladaq ki, müsabiqədə Rusiya Federasiyasının universitetlərində əyani əsasda bakalavr və ya magistr proqramları üzrə təhsil alan əlaçı Azərbaycanlı tələbələr iştirak edib.

Rusiya Azərbaycanlı Gənclər İttifaqı Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Rusiya Federasiyasında Azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin dəstəklənməsi məqsədilə yaradılıb. Qeyd olunan layihə, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək göstərmək və gənclərin təhsilə olan marağını artırmaq məqsədi ilə həyata keçirilir.

Qeyd edək ki, Rusiya Azərbaycanlı Gənclər İttifaqı təqaüd layihəsini bu ildən etibarən hər il keçirəcək. Bununla əlaqədar gəncləri, təşkilatın www.amor.az rəsmi saytını və sosial şəbəkələrdə fəaliyyətini izləməyə və gələcək müsabiqələr haqqında məlumatlı olmağa dəvət edirik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 334 15.01.20 19:11