Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəsmi qurumlar Xatirə İslamın şikayətçi olduğu yolla bağlı söz verdilər - VİDEO

13.01.2020 21:44 2 239
Rəsmi qurumlar Xatirə İslamın şikayətçi olduğu yolla bağlı söz verdilər - VİDEO
Müğənni Xatirə İslam Binəqədi rayonu Novxanı-Goradil yolunun bərbad vəziyyətdə olması barədə ötən gün sosial şəbəkələr vasitəsi ilə paylaşım edərək aidiyyəti qurumları problemlə maraqlanmağa çağırıb.

Median.Az
xəbər verir ki, Baku.TV-nin əməkdaşları yayılan videodan sonra vəziyyətlə yerində tanış olmaq üçün əraziyə yollanıblar. Burada yaşayan sakinlərlə söhbətdən sonra aydın olub ki, sözügedən yol uzun illər bərbad vəziyyətdə olub. Ötən ilin yay aylarında yolun kənarında yerləşən su kanalında aparılan təmir işlərindən sonra isə yol tamamilə yararsız hala düşərək, həm avtomobillər, həm də piyadalar üçün keçilməz olub.

Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazi rayon İcra Hakimiyyətinin balansındadır. Yolun, bərbad vəziyyətdə olmasına da onlar cavabdehdirlər.

Məsələni aydınlaşdırmaq üçün Binəqədi rayon icra hakimiyyətinə yollandıq. Burada isə İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Kənan Kərimov suallarımıza telefon vasitəsilə cavab verdi. İcra nümayəndəsi bildirdi ki, həmin yol Azərbaycan Melarasiya və Su təsərrüfatı ASC-nin apardığı təmir işləri nəticəsində dağıdılıb. Söz verilib ki, işlər tamamlandıqdan sonra qısa zamanda yol təmir olunacaq.

Son xəbərlər