Bakıda soyğunçuluq edənlər tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:12 PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”  |     16:07 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     14:59 Azərbaycanda zəlzələ olub  |     14:41 Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ  |     14:19 Bakıda 55 yaşlı qadının meyiti tapıldı  |     14:10 Bakıda ağacəkmə aksiyası keçirilib  |     14:09 Əli Əsədov Türkiyəyə səfər edəcək  |     14:07 Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - FOTO/VİDEO  |     14:05 Xətaidəki qəzada 13 yaşlı oğlan xəsarət alıb  |     14:05 Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb  |     13:45 Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA  |     13:44 Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib  |     13:43 Samuxda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO  |     13:41 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:39 Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq  |     13:31 Beyləqanda dörd narkotacir ələ keçdi  |     13:30 Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı  |     13:29 Orqanizmi xərçəngdən qoruyan VİTAMİN  |     13:27 Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar - SƏBƏB  |     13:26 Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi  |    

Bakıda soyğunçuluq edənlər tutuldu

Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ölkə.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edən Əmircan qəsəbə sakini A.Salahov yanvarın 7-də saat 18 radələrində qəsəbə ərazisində iki nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını deyib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Cəfərov və Quba rayon sakini İ.Gülməmmədov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıblar.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Nəsirov isə yanvarın 12-də saat 9 radələrində Cavadxan küçəsi ev 28-in qarşısında 1 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 153 13.01.20 20:22