Mojo.az Banner
23:00 Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi  |     22:40 Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?  |     22:29 Dünyanın ən populyar avtomobili seçildi - TOP-10  |     22:22 İranda 200-dən çox silahlı etirazçı saxlanılıb  |     22:14 Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq  |     22:08 Gürcüstanda turistlər qar uçqunu altında qaldı  |     22:01 Tanınmış alim Mustafa Qarayev vəfat etdi  |     21:56 Bakıda moped və motosiklet oğruları saxlanıldı  |     21:44 "Zibilin iyindən evdə yata bilmirik" - Bakıda baxımsız qalan park (VİDEO)  |     21:37 Kameraları sındırıb ödəmə terminallarından oğurluq edirmiş - Analoji cinayət  |     21:29 Zaqatalada maşın aşdı, ölən var  |     21:22 Xəzərin durumu balıq bazarını silkələyir  |     21:17 Tibbi-meteoroloji proqnoz açıqlanıb  |     21:08 İranın təhlükəsizlik qüvvələrinin əməkdaşları idmançını güllələyərək öldürüb  |     20:54 Ötən gün itkin düşmüş 5 nəfər tapılıb  |     20:46 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     20:37 Ağcabədi və Bərdədə mağazadan oğurluq edən şəxs saxlanılıb  |     20:30 "Apple"ı şoka salan mənzərə: iOS 26 niyə "zirzəmidə" qaldı?  |     20:24 İndoneziya "Grok" çat-botunu cinsi məzmun səbəbindən bloklayıb  |     20:16 Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb  |    
Left Banner
Right Banner

Darçının tərkibində gizlənən — ÖLÜM SİRLƏRİ

06.01.2020 21:55 2 354
Darçının tərkibində gizlənən — ÖLÜM SİRLƏRİ
Açıq şəkildə satılan və "Vyetnam" darçını kimi tanınan növün tərkibində qan duruldan və qara ciyər fermentlərini artıra biləcək kumarin maddəsi var. Mütəxəssislər xəbərdarlıq edir ki, bu maddə daxili və beyin qanaxmasına səbəb ola bilər.
"Ölkə.Az" xəbər verir ki , fitoterapevt Ümid Aktaş bildirir ki, açıq şəkildə satılan darçınların keyfiyyətinə güvənmək olmaz. Maliyyə baxımından ucuz başa gələn olsa belə, açıq şəkildə satılan darçınlar sağlamlığa birbaşa ziyan vura bilər.

Darçının fərqləri

Darçın tibbdə istifadə edilir, zəhərli deyil. İstifadəyə yararlı iki növü var- seylan və Çin darçını. Seylanın ətri daha xoş, dadı daha gözəldir. Buna görə də qida maddələrində istifadə edilir. Çin darçınının isə təsiri daha çoxdur. Qoxusu daha fərqlidir. Darçın bahalı bitki olduğu üçün fərqli üsullarla hazırlanır. Vətəni Şri-Lanka, Vyetnam və İndoneziyadır. Darçının emal üsulları fərqlidir. O, bitkinin odun tərəfindən götürülür. Seylan darçınında isə bu odun hissəsi çıxarılır. Odun əsasən istifadə edilməməlidir. Lakin daha çox qazanc əldə etmək üçün odun hissəsini də əmtəəyə çevirənlər var.

Seylan darçını 10 manata başa gəlir, lakin 100 manata satılır. Çin darçını isə1 manata başa gəlsə də 100 manata satılır. Buna görə də həqiqi darçını digərlərindən fərqləndirmək olmur. Darçının tərkibində "ojenol" maddəsi var. Ancaq odun hissəsində yüksək miqdarda kumarin də mövcuddur. Kumarin qan duruldan, qara ciyər fermentlərini artıra biləcək maddə olduğu üçün təhlükə yaradır.

Hamilələr, diqqət!

Seylan darçınında isə bu maddə olduqca az miqdardadır. Yüksək miqdarda kumarin qəbul etmək qaraciyər çatışmazlığına yol aça bilər. Hamilə qadınlar isə ümumiyyətlə qəbul etməməlidir. Darçından ən çox şəkər xəstələri istifadə edir. Bu baxımdan onların daha çox diqqət etməsi vacibdir.
Necə etməli?
Bu təhlükələrdən uzaq qalmaq üçün nəinki darçını, heç bir ədviyyatı açıq şəkildə almamaq vacibdir. Toz şəklinə salınmış bütün ədviyyatlarda qarışıq maddələr var. İşbazlar bununla ədviyyatın miqdarını artırmağa çalışırlar. Ədviyyatın içinə kirəmit tozundan una qədər qarışdırırlar.

Darçının yüzlərlə faydası olduğu kimi zərərləri də var. Xüsusilə, tünd rəngli darçının tərkibində yüksək miqdarda kumarin olur. Buna görə də açıq rəngli darçın almaq lazımdır. Toz darçından uzaq durmaqda fayda var. Bu qədər faydalı bitkilərin ucuz satılması normal deyil. Onların hər qramı qızıl dəyərindədir.

Saxlanma qaydası:

Plastik torbalarda aldığınız darçını şüşə qabda saxlayın. Sərin və qaranlıq yerə qoyun.

Təbii darçını necə tanımalı?
Yaxşı darçını digərlərindən ayırd edə bilmək üçün onu qırın. Qırılan zaman ətrafa xoş qoxu yayılacaq. Ətri xüsusilə dəmləndikdən sonra ortaya çıxacaq.скачать dle 11.3