Mojo.az Banner
23:01 Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər  |     22:54 Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir  |     22:48 Tanınmış iş adamı vəfat etdi  |     22:40 Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək - FOTO  |     22:35 Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq  |     22:27 Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI  |     22:22 Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı (Video)  |     22:07 Yarım milyonu mənimsəməkdə ittiham olunan çobanın valideynləri açıqlama verdilər (Video)  |     22:01 Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirildi  |     21:53 Təbrizdə hərbi vəziyyət elan edildi - FOTO  |     21:44 "Med Corporation"un külli miqdarda vergi borcu var  |     21:39 Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçirdi  |     21:33 Ağdamda avtomobillər üçün şarj cihazı istehsal olunur (Video)  |     21:25 Bu il pensiyalar nə qədər artırılacaq?  |     21:20 Azərbaycanda pensiyaçıların sayı açıqlandı  |     21:12 Ötən il 540 nəfər Azərbaycana readmissiya olunub  |     21:05 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:00 Aygündən Röyaya dəstək - FOTO  |     20:51 “1500 manatlıq yardım” elanı yalandı - ALDANMAYIN  |     20:41 “Harada park etdim?” problemi tarixə qovuşur: “Google”dan yeni funksiya  |    
Left Banner
Right Banner

Sabahın havası: yağış, sulu qar, qar

20.11.2019 15:18 3 352
Sabahın havası: yağış, sulu qar, qar
Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 21-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.скачать dle 11.3