Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO

09.11.2019 15:25 4 309
Azərbaycanda müəllim şagirdi əsəbiləşdirdi, uşağın ağzı əyildi - VİDEO
Sosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada yeddinci sinif şagirdinin sinif yoldaşları tərəfindən döyülərək, sol gözünün çıxarıldığı barədə məlumat yayılıb.

Bildirilir ki, hadisə zamanı gimnaziyanın 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının ağız nahiyəsi də əyilib və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib.

APA TV hadisə ilə bağlı araşdırma aparıb. 13 yaşlı Rəfiqə Nuriyeva bildirib ki, hadisə birinci saat tarix dərsində baş verib:

“Sinif yoldaşım zarafatlaşmaq üçün hamıya vuranda mənim də qolumdan vurmuşdu. Mən əsəbiləşib gedib vurmaq istəyəndə müəllimimiz həmin an müəllimlər otağından çıxıb dərsə gedirdi. Onda müəllim gördü ki, mən başqa bir uşağın arxasınca qaçıram. Mənə “utanmırsan, bir oğlanın dalınca qaçırsan” dedi. Mən də əsəbiləşdim, onda ağzım əyilməyə başladı”.

Gimnaziyanın direktoru Ayət Kərimova hadisənin noyabrın 5-də olduğunu bildirib və hər hansı bir döyülmə hadisənin olmadığını qeyd edib.

Şagirdin atası Elbrus Nuriyev isə uşağı məktəbə qoyduqdan bir saat sonra məktəbdən ona zəng olunduğunu söyləyib:

“Bir saatdan sonra mənə zəng gəldi ki, bəs qorxmayın, uşağınızın sifətində əyilmə var, tez gəlin. Xəstəxanada uşağın ağır olduğunu söylədilər. Və sonra yerləşdirdilər xəstəxanaya”.

Sumqayıt Uşaq Xəstəxanasından isə bildirilib ki, Rəfiqə Nuriyevada gözlə görünəcək hər hansı xəsarət müşahidə olunmayıb:

“5 noyabr 2019-cu il tarixdə uşaq xəstəxanaya üz sinirinin nevriti diaqnozu ilə daxil olub. Və hazırda da müalicə almağa davam edir. Yəni daxil olanda üz sinirinin nevriti diaqnozu qoyulub və bizdə o diaqnoz da təsdiqlənib. Hazırda da bütün nevroloji müayinələr aparılır. Xəstənin vəziyyəti stabildir. Hər hansı ağırlaşma da yoxdur”.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər