Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda azyaşlı məktəbli qızın gözünü kor etdilər - FOTO/VİDEO

08.11.2019 11:24 4 967
Sumqayıtda azyaşlı məktəbli qızın gözünü kor etdilər - FOTO/VİDEO
Hadisə Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada baş verib.

Yenicag.az xəbər verir ki, 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızı tarix dərsi zamanı öz sinif yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin baş verməsinə səbəb isə Rəfiqənin qüsurlu danışmağı olub. Bu zaman onun sinif yoldaşları Rəfiqəyə gülüb, sonra isə ona ağır bədən xəsarətləri yetiriblər. Ancaq dərs deyən Günay müəllim şagirdin döyülməsinə əhəmiyyət verməyib, hətta Rəfiqəni təhqir edərək ona tərbiyəsiz də deyib.

Bundan sonra qızın halı daha da pisləşib və ümumiyyətlə huşunu itirib. Şagirdin vəziyyətinin ağır olduğunu görən müəllimələr dərhal onun valideynlərinə məlumat verərək bildiriblər ki, Rəfiqənin halı birdən-birə pisləşib. Məktəbə gələn Elbrus Nuriyev qızını ağır vəziyyətdə Sumqayıt Şəhər Uşaq Nevroloji xəstəxanasına yerləşdirib. İlkin müayinələrdən sonra məlum olub ki, məktəblinin sol gözü kor olub, ağzı isə tamamilə əyilib. Hazırda xəstəxanada müalicə alan məktəblinin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Hadisədən sonra zərərçəkənin valideyni Rəfiqənin sinif rəhbəri Gülnarə müəllim ilə görüşüb məsələyə aydınlıq gətirmək istəsə də, o, bu məsələnin ona heç bir aidiyyatı olmadığını, bununla bağlı hüquq-muhafizə orqanlarına müraciət etməyi məsləhət bilib. Məktəbin direktoru Kərimova Ayət Sadıq qızı isə məsələdən xəbərsiz olması ilə özünə haqq qazandırıb.

Qeyd edək ki, gimnaziya 2008-ci ildə istifadəyə açılıb və 361 şagird orada təhsil alır. Ayət Kərimova da həmin ildən məktəbin direktorudur.
İnanırıq ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər hüquq-mühafizə orqanları lazımi tədbirlər görəcəklər.

скачать dle 11.3

Son xəbərlər