Mojo.az Banner
20:58 Duman Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti ləngidir  |     20:56 Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı  |     20:34 Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinin cinayət işinə xitam verildi  |     20:02 İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi  |     19:35 İsrail və ABŞ İrana təzyiqi artırır  |     19:27 Unudulan xəstəliklər geri qayıdır - Peyvəndlər azaldı, ölümcül virus ortaya çıxdı  |     19:04 Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq  |     18:49 Azərbaycan XİN Kanadaya başsağlığı verdi  |     18:34 Pezeşkian Azərbaycana təşəkkür etdi  |     18:17 Valideynlər övladlarına iş dəftərlərini almalıdırlar?  |     18:02 Rusiya vətəndaşları Azərbaycanda nə üçün kütləvi mənzil alırlar? - Video  |     17:51 Paytaxtın bəzi küçələrində sıxlıq var  |     17:45 Zabratda evdə yıxılan qadın öldü  |     17:44 Sosial şəbəkədə qeyri-etik sözlər işlətdi, həbs olundu (FOTO)  |     17:30 İcra başçısının müavini işdən çıxdı  |     17:29 Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır - 7 körpənin öldüyü yanğın  |     17:21 Şərurda qardaşı oğlunu çəkiclə öldürməkdə təsirləndirilən əmiyə hökm oxundu  |     17:07 "Nənəmin təndiri" CƏRİMƏLƏNDİ  |     16:38 AFFA iki komandaya texniki məğlubiyyət verib  |     16:23 "Papanin hospitalı"nın rəisi İŞDƏN ÇIXARILDI: Yerinə təyinat oldu  |    
Left Banner
Right Banner

Daun sindromlu və serebral iflicli uşaqlardan Bayraq Günü fləşmobu - FOTO/VİDEO

09.11.2019 15:12 6 493
Daun sindromlu və serebral iflicli uşaqlardan Bayraq Günü fləşmobu - FOTO/VİDEO
Daun sindromlu və serebral iflicli uşaqlar Bayrağı günü ilə bağlı fləşmob keçirib.

Oxu.Az xəbər verir ki, fləşmob Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyi və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin birgə dəstəyi ilə həyata keçirilib.

Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş fləşmob “Gənclik” Mall AVM-də keçirilib. Fləşmobda Daun sindromlu və serebral iflicli uşaqlar çıxış ediblər.

İzdihamın toplaşdığı mərkəzi hissədə Daun sindromlu və serebral iflicli uşaqlar qəfildən “Azərbaycan” mahnısının sədaları altında əllərində bayraqlar, əyinlərində milli geyimlərlə rəqs etməyə başlayıblar. Fləşmob ətrafdakı insanların böyük marağına səbəb olub.

Fləşmobun keçirilməsində məqsəd milli atributlarımıza sevginin, milli özünüdərkin uşaqlara aşılanmasının əhəmiyyətini Daun sindromlu və serebral iflicli uşaqların vasitəsilə insanlara çatdırmaqdır.

Qeyd edək ki, 2013-cü ildən bəri fəaliyyət göstərən “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində iki mərkəz fəaliyyət göstərir. Bunlar “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” və “Qayğı Uşaq Reabilitasiya Mərkəzi”dir.

Hər iki mərkəz Heydər Əliyev Fondunun, birbaşa Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilib.











скачать dle 11.3