İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanından görün nə çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |     12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |     12:10 Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA (VİDEO)  |     12:09 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     12:00 DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  |     11:59 Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb  |     11:58 Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri isə yandırılıb  |     11:57 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:56 Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb  |     11:55 Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb  |     11:55 Ukrayna Belqoroda dronla zərbə endirib: Azı altı nəfər həlak olub, çoxlu sayda xəsarət alan var  |     11:54 Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB  |     11:53 Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO  |     11:52 Qazaxıstanla Qırğızıstan sərhədində zəlzələ baş verib  |    

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanından görün nə çıxdı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasında müayinə nəticəsində isə sözügedən şəxsin düz bağırsağında 3 ədəd büküm aşkar edilib.

Həmin bükümlərdən birində narkotik vasitə olan və üzərində "FM 40" yazılan 78 ədəd metadon həbi, digərlərində isə ümumi çəkisi 0,4 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 3,7 qram olan narkotik vasitə - həşiş aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.//milli.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 101 08.11.19 19:41