Mojo.az Banner
20:06 Bakıda 15 yaşlı qız anasına görə atasını öldürdü  |     20:01 Dünyaca məşhur amerikalı heykəltəraşlar Heydər Əliyev Mərkəzindən yazdı  |     19:55 Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü  |     19:31 Bakıda cərrah vəfat etdi  |     19:18 Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb  |     19:15 Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş  |     18:39 Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub  |     18:26 Paytaxtda 22 istiqamətdə sıxlıq müşahidə olunur  |     18:16 Naxçıvanda qarın hündürlüyü 89 sm-ə çatıb  |     18:12 Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır"  |     18:08 Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - Video  |     17:33 Sabah Mingəçevir və Bərdədə qaz olmayacaq  |     17:30 Boynuna asdığı patrona görə cəzalandırıldı: "Məni qoruyacağını düşünmüşdüm"  |     17:23 Bakıda kişi narkotik almaq üçün pul verməyən anasını döyüb  |     17:14 Qurban Qurbanov "Neftçi"nin imtinasından danışdı  |     17:02 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbərinin şikayəti təmin edilmədi  |     16:26 "ASAN Xidmət"də səs-küy saldı, cərimə olundu  |     16:22 Bakıda ana sevgilisi ilə birlikdə azyaşlı oğluna işgəncə verdi - FOTO  |     16:07 Daha yeddi Ermənistan vətəndaşına hökm oxundu  |     15:55 Lavrov üçtərəfli razılaşmalardan danışdı  |    
Left Banner
Right Banner

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI

08.11.2019 17:43 2 492
Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI
Bakı və Sumqayıtda faliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:

“Çünki həmin ərazidə olan şadlıq saraylarının sayı çoxdur. “Xan bağı”, “Cənnət”, “Xan sarayı”, “Hissa”, “Madonna”, “Milord”, “Grace Hall”, “Ayla” şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında tullantıların miqdarı normadan çox olub.

Binəqədi rayonunda “Sonalar sonası”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Qızıl tac”, “Al saray”, “Amor”, “Röya”, Xətai rayonunda “Fəridə”, “Leyla”, “Şahzadə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”, Nərimanov rayonunda “Şuşa”, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıt şəhərində “Qubadlı”, “Tural”, “Nurlan”, “Dan ulduzu”, “Şahanə” və “Dədə Qorqud”, Abşeronda “Qarabağ”, “Ülv”, “Səmayə” və “Sultan”, Gəncə şəhərində “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarıdır.

Həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq”.
/oxu.az/
скачать dle 11.3