İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          501 30.10.19 16:17