Mojo.az Banner
23:01 Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır  |     22:57 Tələsiklik və diqqətsizlik: Piyadaları ölümə aparan vərdişlər - Psixoloq  |     22:51 Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb  |     22:40 40 min il sonra geri döndülər: Alyaskada buz dövrü canlıları dirçəlir  |     22:35 Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşüb - FOTO  |     22:29 Gömrükdə yeni qayda: FİN ləğv edilir, "ASAN İmza" gəlir - Nə dəyişəcək?  |     22:22 Bakıda mənzillərin qiymətləri yüksəldi (Video)  |     22:16 Paytaxtda yeni xəstəxana tikiləcək  |     22:08 Bakıda gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır  |     22:03 Türkiyədə Xomeyninin ölkədə qalması ilə bağlı məxfi sənəd yayıldı  |     21:55 Sabirabadda qəza - 3 nəfər yaralandı  |     21:50 İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - Video  |     21:42 İşıqforun qırmızı işığında keçdi - Qəza oldu  |     21:37 Rusiya da OPEC-dən çıxır? - Rəsmi açıqlama  |     21:32 Azərbaycanda bu avtomobillər bahalaşdı  |     21:24 Azərbaycan-İran sərhəddində yeni keçid məntəqəsi istifadəyə veriləcək  |     21:15 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcəklər  |     21:10 Bu məlumatları əvvəlcədən təqdim etməlisiniz  |     21:01 Bəzi gənclər əsgər getməmək üçün bu yollara üz tuturlar - AÇIQLAMA  |     20:56 Maşınını qaçırdığına görə qohumunu bıçaqladı  |    
Left Banner
Right Banner

“Ağlımızın ucundan da keçməyib ki...” – “Maşın”da dopinq qalmaqalı

22.10.2019 21:28 2 771
“Ağlımızın ucundan da keçməyib ki...” – “Maşın”da dopinq qalmaqalı
ATV-də yayımlanan "Maşın” şounun qalibi Suna Kasımoğlunun dopinq istifadə etdiyi ilə bağlı iddialar səsləndirib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunub. İstifadəçilər S. Kasımoğlunun dopinq qəbul etdiyi üçün maşının ətrafında sona qədər dözümlülük göstərdiyini qeyd ediblər.

Median.Az
xəbər verir ki, "Yeni Sabah"a danışan "M Group Production”nın mətbuat katibi Könül Əlibəyli finalçıların dopinq-testindən keçirilmədiyini, amma şouda belə bir şeyin ola bilməyəcəyini deyib:

"Yox, elə bir şey mümkün deyil. Bizdə elə güclü nəzarət var ki, heç ağıla gələsi bir şey deyil. Xeyr, iştirakçıları test etmirik, özümüz özümüzə şübhə edirik ki, finalçıları da analiz edək? Belə bir şey mümkün deyil. Bizdə oyunçulara nəzarət edənlər, təhlükəsizlik xidməti əməkdaşları var, onlar həmişə iştirakçıların yanında olublar. İştirakçılar daim bizim nəzarətimiz altında olurlar. Harasa buraxılmırlar ki, gedib nəsə alsınlar və qəbul etsinlər. Belə bir şey qaydalara görə qadağandır. 18 "Maşın” ərzində belə bir şey olmayıb. İlk dəfədir belə iddialar eşidirəm. Bu vaxta kimi belə bir şey ağlımızın ucundan da keçməyib ki, qaydalara belə bir şey salaq. Belə bir şey heç vaxt olmayıb”.

Məsələ ilə bağlı futbolçularla işləyən tanınmış həkim Akif Taqarovla da əlaqə saxladıq. A. Taqarovun sözlərinə görə, hər hansı idmançının, şəxsin topinq qəbul edib-etmədiyini ancaq dopinq-testdən keçirməklə müəyyənləşdirmək olar:

"Əlbəttə ki, idmançıların dopinqdən istifadəsi qadağandır. Bəzi dərmanlar var ki, idmançılara onları istifadə etmək qadağandır. Ümumiyyətlə, bir həkim kimi deyə bilərəm ki, dopinq insanda gücü, dözümlülüyü artırır. İdmançının, hər hansı bir şəxsin dopinqdən istifadə edib-etmədiyini ona baxaraq və ya digər formada bilmək mümkün deyil. Kiminsə dopinq qəbul edib-etmədiyini öyrənmək üçün onu ancaq dopinq-tesdən keçirmək lazımdır. Test nəticəsində onun dopinq qəbul edib-etmədiyi müəyyənləşə bilər.

Amma mən "Maşın” şoudakıların işinə qarışa bilmərəm. Öz işləridir. "Maşın” şouda iştirak edənlərin nə etdiyini bilmərəm. Bəlkə də, "ot"dan istifadə edirlər, nəşə çəkirlər. Elə o da bir növ dopinqdir də”.

Xatırladaq ki, "Maşın” şounun 18-ci sürətində finala qalan son iki iştirakçıdan türkiyəli aparıcı Suna Kasımoğlu həmkarı Lalə Mustafayevadan daha dözümlü çıxaraq avtomobili qazanıb.
скачать dle 11.3
Mojo.az Banner