Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ildə aldığı Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 360 kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binasını 112 mln. avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satıb.

Bu barədə ARDNF məlumat yayıb.

Palazzo Turati ofis binasının icarəçisi qismində İtaliyanın dövlət qurumu olan Milan Ticarət Palatası çıxış edir. 2016-cı ildən bəri ARDNF qeyd edilən daşınmaz əmlakdan ümumilikdə təqribən 26 mln. avro həcmində gəlir (qiymət artımından və icarədən əldə edilən gəlirlər) əldə edib ki, bu da illik 7,2% gəlirlilik deməkdir.

Binanın satışı ilə əlaqədar ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov bildirib ki, bu daşınmaz əmlakın satışı uğurlu hesab edilir: “Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-nin daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir.

Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da öz növbəsində daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da diversifikasiya edilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 277 18.10.19 19:08