Mojo.az Banner
12:07 Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT  |     12:06 Azərbaycan nefti ucuzlaşıb  |     12:03 Ötən il fermerlərə 280 milyon manat ödənilib - RƏSMİ  |     12:00 Avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəbləri - Ekspert açıqlaması  |     11:44 Həkim Şakir Babayev vəfat etdi  |     11:42 İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - Video  |     11:37 33 ildən sonra Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edilib - FOTO  |     11:33 Şəkidə AĞIR QƏZA: Ölən və yaralananlar var  |     11:27 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     23:04 Sürücülərin 80 faizinin vəsiqəsi məhdudlaşdırıla bilər - Ekspert  |     22:59 Pomidorun qabığını sadə üsulla soymaq - Qaynar suya ehtiyac yoxdur  |     22:51 Partlayışda xəsarət alan həkim öldü  |     22:49 Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə  |     22:37 Qazaxıstan Rusiyadan enerji asılılığını dayandırır  |     22:34 Cəlilabadda gənc müəllim vəfat etdi  |     22:05 CV-lər işəgötürənlər üçün dəyərini itirib: səbəb nədir?  |     22:00 Musa Qurbanlı üçün mövsüm bitdi  |     21:53 WhatsApp-da yeni̇li̇k - Avatarlar ləğv ediləcək  |     21:51 “Navai” Moskvada qəzaya düşdü  |     21:27 Anası o uşaqdan imtina etdi  |    
Left Banner
Right Banner

SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq

18.10.2019 14:14 4 088
SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq
Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən planlaşdırılmış təmir işlərinin mərhələli şəkildə noyabr ayının 4-nə qədər tam yekunlaşması planlaşdırılıb.

Bunu Report-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O vurğulayıb ki, təmir işləri NEZ-in illik təmir planı əsasında aparılır:

“Planlı təmir işləri bütün neft emalı zavodlarında mütəmadi keçirilməlidir. Bu işlərin əsas məqsədi zavod qurğularını sazlamaq və onların davamlı fəaliyyətini təmin etməkdir. Zavodun bütün qurğuları noyabrın 4-ü tarixinə qədər mərhələli şəkildə normal işini bərpa edəcək. Təmir işlərinin uzanması gündəmdə deyil”.

İ.Əhmədov benzin idxalı ilə bağlı qeyd edib ki, “Ai-92” benzinin idxalı yalnız planlı təmir müddətində lazım olur və bazarda logistika və qiymət baxımından mövcud olan ən uyğun təkliflər arasında qərar verilir.

Onun sözlərinə görə, bu il planlı təmir işləri bir ay müddətində nəzərdə tutulub və həmin müddət üçün 120 min ton civarında “Ai-92” markalı benzinin idxalı planlaşdırılıb. İ.Əhmədov artıq təxminən 45 min ton benzinin Azərbaycana gətirildiyini bildirib:

“İdxal edilən bu benzin bu il də əsasən Rusiya mənşəlidir. Bundan başqa, 4 min ton civarında olan kiçik bir hissə Türkmənistandan idxal olunmaqdadır”.

SOCAR rəsmisi, həmçinin, qeyd edib ki, zavodda növbəti təmir işləri gələn ilə planlaşdırılıb və təmirin dəqiq vaxt ilə bağlı qərarın ilin sonuna kimi verilməsi gözlənilir.

Qeyd edək ki, oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir işləri həyata keçirilir və bununla əlaqədar neft məhsullarının istehsalı dayandırılıb.скачать dle 11.3
Mojo.az Banner