Mojo.az Banner
23:01 İran rialı yeni antirekord qırdı  |     22:56 Azərbaycanda su sayğacları dəyişdiriləcək  |     22:48 Xabi Alonso istefaya göndərildi  |     22:41 “Evdə tək”in aktyoru xanıma etdiyi təklifə görə cərimələndi  |     22:40 Bu ilanlar insanı dişləmədən belə kor edə bilər  |     22:34 İrandakı iğtişaşların təşkilatçıları edam ediləcək  |     22:26 Kür−Bakı magistral kəməri əsaslı təmir olunacaq  |     22:20 SMS kodlarını paylaşmayın! - İKTA-dan xəbərdarlıq  |     22:12 Evlərdən oğurluq edənlər saxlanıldı  |     22:07 Xabi Alonso istefaya göndərildi  |     21:53 Bakı buxtasında ekoloji vəziyyət yaxşılaşdırılacaq  |     21:50 Türkiyəli aktyor vəfat etdi  |     21:42 "Ambiance MED şikayət etdi: "Green Farm"ın rəhbərinə "stop" qoyuldu  |     21:30 Azad edilmiş ərazilərdə daha 177 mina aşkarlandı  |     21:26 Ötən il neçə nəfər əcnəbilərlə evlənib? - Nikah və boşanma sayı  |     21:24 Abşeronda təhlükəli ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək  |     21:22 Lənkəranda ev yandı  |     21:19 Bakıda 66 yaşlı kişi dəm qazından boğulub öldü  |     21:10 Tacikistanda MMA üzrə dünya çempionu dava zamanı öldürüldü  |     20:30 Mağazadan araq və siqaret oğurladılar, məhkəmə qarşısına çıxarıldılar  |    
Left Banner
Right Banner

Azərbaycan Prezidenti: "Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsi halları baş verir"

11.10.2019 21:31 1 942
Azərbaycan Prezidenti:
Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər. Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan "Molotov kokteyli" kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi:

"Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur "Katyuşa" raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir.

Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb". Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir".скачать dle 11.3