Mojo.az Banner
19:50 Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı  |     19:37 DİN-dən böyük əməliyyat: bu şəbəkə çökdürüldü – FOTO  |     19:30 Kərə yağının qiyməti artdı: Səbəb nədir?  |     19:20 Bakıda mənzildə meyit tapılı  |     19:13 İtaliyanın Tehrandakı səfiri Sepaha görə İran XİN-ə çağırıldı  |     19:06 Suriyada baş verənlərlə bağlı Ərdoğandan açıqlama  |     19:04 Başını balta ilə kəsib dərəyə atıblar: Beş gün meyiti tapılmayan Arif Nəbiyevin qatili öz oğludur? (Video)  |     18:43 Tanıdığı qadının evinə girib ərini bıçaqladı  |     18:29 Qəbələdə daş karxanasında fəhlə faciəli şəkildə ölüb  |     18:19 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     17:56 Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinatlar: Başçı əmrlər imzaladı  |     17:48 Pakistanda baş verən yanğında ölənlərin sayı 70 nəfəri keçib  |     17:23 ÜST təhlükəli virusla bağlı açıqlama yaydı  |     17:14 Külək güclənəcək - XƏBƏRDARLIQ  |     16:56 Qəbələ xəstəxanasının sabiq işçisinə cinayət işi açıldı  |     16:38 Avtobusda vəfat edən həkim generalın qardaşı imiş - FOTO  |     16:33 Daha bir heyvan bazarının fəaliyyətinə icazə verildi - Video  |     16:26 Terror hücumunda yaralanan Vasif indi bu səfirlikdə işləyir  |     16:19 Bu ərazidə söküntü işlərinə başlanıldı – VİDEO  |     16:16 Niyaməddin Musayevin qızının işdən çıxarılmasına Təranə Qumraldan REAKSİYA  |    
Left Banner
Right Banner

Bakıda yeni tələbə şəhərciyi istifadəyə verildi

10.10.2019 19:51 1 616
Bakıda yeni tələbə şəhərciyi istifadəyə verildi
"Azərbaycan Neft və Sənaye Universitetinin yataqxanasının yerində ötən il ərzində inşa edilən yeni yataqxana artıq istifadəyə verilib".

Median.Az report-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, "Univerium" tələbə şəhərciyində tələbələr üçün ən müasir standartlara cavab verən şərait yaradılıb:

"Orada tələbələrin asudə vaxtlarını yaxşı keçirmələri, müxtəlif müzakirələr aparmaları, dərs oxumaları, eyni zamanda idmanla məşğul olmaları üçün bütün şərait yaradılıb. Xüsusi qeyd edim ki, bu yataqxananın tikintisinə dövlət vəsaiti sərf edilməyib. Yataqxana tikintisi dövlət-özəl sektor partnyorluğu əsasında həyata keçirən layihədir".
Nazir bildirib ki, ali təhsil müəssisələrində tələbələr üçün yataqxana imkanlarının genişləndirilməsi hər zaman qarşıda duran prioritet istiqamətlərdəndir:

"Bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Gəncə Dövlət Universitetinin böyük yataqxana kampusunda məcburi köçkünlər məskunlaşmışdı. Həmin məcburi köçkünlər yeni tikilmiş şəhərciyə köçürüləndən sonra orada yenidənqurma, təmir işləri həyata keçirilməyə başlayıb. Bir neçə aydan sonra çox böyük korpusdan ibarət yataqxana Gəncə Dövlət Universitetinin tələbələrinin ixtiyarına veriləcək. Digər bir sıra universitetlərdə də yaxın zamanlarda oxşar layihənin həyata keçirilməsi nəzərdə tutulub".
скачать dle 11.3