Mojo.az Banner
23:01 Tramp İranda yeni rəhbərlik axtarmağın vaxtı olduğunu deyib  |     22:55 ABŞ geri çəkildi, İraq ordusu nəzarəti ələ keçirdi  |     22:48 İranda yaşayış məntəqələri ağır silahlarla atəşə tutuldu – VİDEO  |     22:41 "Beauty Derm Estetik"də əməliyyat olundu - Üzü əyildi (Video)  |     22:36 “ChatGPT” də reklam göstərməyə başlayır  |     22:27 6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi  |     22:22 Həkim hər gün kolbasa yeyənlərə xəbərdarlıq etdi  |     22:19 Bu yolda sürət həddi endirildi  |     22:13 16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı  |     22:06 Tramp: "İranın yeni lider axtarmasının vaxtıdır"  |     21:58 Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?  |     21:50 Ucardakı qəzada ölən müəllimin FOTOsu  |     21:44 İşçi ictimai vəzifələrin icrasına cəlb edildikdə maaşı saxlanılmayacaq - RƏSMİ  |     21:37 Mağazaları qarət etdi, kamera görüntülərini də oğurladı  |     21:28 Xarkov yenidən vuruldu, ciddi zərər dəydi  |     21:22 Azərbaycanda farel balıqlarının qiyməti bahalaşdı - Video  |     21:17 Şəmkirdə yük maşını ağaca çırpılıb, ölən var  |     21:11 UEFA milyonlar itirdi  |     21:03 Qırmızı diplomlar tarixə qovuşur?  |     20:57 30 yaşlı kişi toyda bıçaqlandı  |    
Left Banner
Right Banner

XİN: Polşalı baş redaktorun adı “arzuolunmaz şəxslər” siyahısından çıxarıldı

10.10.2019 16:53 3 631
XİN: Polşalı baş redaktorun adı “arzuolunmaz şəxslər” siyahısından çıxarıldı
Polşa vətəndaşı, “Glob-Press” agentliyinin baş redaktoru Vlodimej Kjijanovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məktubunda Vlodimej Kjijanovski Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də, ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Həmçinin, müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu və gələcəkdə bu cür qanunsuz səfərdən çəkinəcəyini qeyd edib.

Polşa Respublikasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.скачать dle 11.3