DİQQƏT! Bu kartof sizi öldürə bilər - Əlamətlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

DİQQƏT! Bu kartof sizi öldürə bilər - Əlamətlər

Qida rasionumuzda hər gün istifadə etdiyimiz kartofun əslində bizi zəhərlədiyini bilirdinizmi?

Median.Az
medicina.az-a istinadən bildirir ki, kartofun faydaları ilə yanaşı zərərləri də var. Düzgün şəraitdə saxlanılmayan kartof cücərib yaşıllaşanan zaman hətta bizi zəhərləyərək öldürə bilər.

Türkiyəli dietoloq Beyza Kose, "Kartof yedikdən sonra ürək bulanması, boğaz ağrısı və baş ağrısı hiss edirsinizsə, dərhal xəstəxanaya gedin" - deyə xəbərdarlıq edib. Onun sözlərinə görə, insan sağlamlığına bir çox müsbət təsir göstərən kartofun, məhsul yığımından əvvəl və sonra saxlanılmasına diqqət edilməsə, səhvlər səbəbindən qida zəhərlənməsinə və ya hətta insan ölümünə səbəb ola bilər.

Kartofda bitkilər, göbələklər, böcəklər kimi xarici amillərdən qorunmaq üçün bəzi zəhərli maddələr vardır.

Yığımı və saxlanılmasında nöqsanları olduqda isə (saxlama temperaturu, məhsul yığımı və daşınması zamanı mexaniki zədələr, nəm, havalandırma və zərərli həşəratlar) bu zəhərli maddələr artır və insan həyatına təhlükə yaradır. Çünki kartofun tərkibində bu kimyəvi maddələrdən ən təhlükəlisi solanin var.

Günəşdə və ya yüksək rütubətdə saxlanılan kartofda solaninin miqdarı artır. Artan solanin xlorofil sintezini stimullaşdırır və kartofun sarıdan yaşıl rəngə çevrilməsinə səbəb olur. Solaninin miqdarı artdıqca, zəhərlənmə təsirindən yaşıllaşma əmələ gəlir. Buna görə yaşıl ləkələr və ya tumurcuqları olan kartofu yeməkdən çəkinmək lazımdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 569 09.10.19 23:12