Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Arvadını bıçaqlayıb, intihar etmək istəyən şəxsin məhkəməsi başlayır

08.10.2019 14:56 4 352
Arvadını bıçaqlayıb, intihar etmək istəyən şəxsin məhkəməsi başlayır
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Natiq Dədəcanovun (1982-ci il təv.) CM-nin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az
xəbər verir ki, bu il aprelin 23-də Bakı Dəniz Vağzalında naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının diqqətini cəlb edib. Həmin şəxs intihar etmək məqsədilə özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı alınıb. Araşdırma zamanı sui-qəsd etmək istəyən şəxsin Natiq Dədəcanov olduğu müəyyən edilib.

Dindirmə vaxtı o, törətdiyi ağır cinayət əməlini də etiraf edib. Məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl Mərdəkan qəsəbəsində yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı Vüsalə Dədəcanova (1982-ci il təv.) ilə mübahisə edib və üzərindəki bıçaqla ona xəsarət yetirib. Arvadını qətlə yetirdiyini zənn edən Natiq Dədəcanov intihar etmək məqsədilə dəniz kənarına gəlib. Polis əməkdaşları söhbət zamanı həmin şəxsin diqqətinə həyat yoldaşının xəsarət aldığını, amma ölmədiyini bildiriblər. Bundan sonra, Dədəcanov istintaqın aparılması üçün inzibatı əraziyə nəzarət edən
Xəzər RPİ-nə təhvil verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Son xəbərlər