Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda arvadını bıçaqlayaraq intihar etmək istəyən kişinin polis xilas etdi

24.04.2019 20:27 2 267
Bakıda arvadını bıçaqlayaraq intihar etmək istəyən kişinin polis xilas etdi
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının peşəkarlığı və ictimai asayişin keşiyində ayıq-sayıq dayanması insan ölümü il ə nəticələnə biləcək faciənin qarşısını vaxtında ala bilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Bakı Dəniz Vağzalında bir nəfər naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan su polislərinin diqqətini cəlb edib.

Həmin şəxs intihar etmək məqsədi ilə özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı su polisləri tərəfindən alınıb.

İntihara cəhd edən şəxslə su polisləri profilaktiki söhbətlər apararaq onu bu fikrindən daşındıra biliblər.

İdarəyə gətiriləndən sonra həyatına qəsd etmək istəyən şəxsin 1982-ci il təvəllüdlü Xəzər rayonu ərazisində yaşayan Dədəcanov Natiq İlham oğlu olduğu müəyyən edilib.

Natiq Dədəcanovla Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının apardığı profilaktik söhbət zamanı o, törətdiyi ağır cinayət hadisəni də etiraf edib.

Məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl Xəzər Rayonu Binə qəsəbəsində birlikdə yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı 1982-ci il təvəllüdlü Vüsalə Dədəcanova ilə mübahisə edib.

Bir neçə dəfə həyat yoldaşı ilə barışmağa cəhd göstərsə də buna nail ola bilməyib. Bakı Dəniz Vağzalı ərazisinə gəlməmişdən əvvəl isə o, Mərdəkan qəsəbəsində üzərində gəzdirdiyi bıçaqla həyat yoldaşına xəsarət yetirib.

Arvadını qətlə yetirdiyini zənn edən Natiq Dədəcanov intihar etmək məqsədi ilə dəniz kənarına gəlib. Su polisləri söhbət zamanı həmin şəxsin diqqətinə həyat yoldaşının xəsarət aldığını, amma dünyasını dəyişmədiyini bildiriblər.

Natiq Dədəcanov həyatını xilas etdiklərini və onu intihar etmək fikrindən daşındırdıqları üçün su polislərinə təşəkkürünü bildirib.//Baku.ws

Son xəbərlər