Mojo.az Banner
23:02 Sabah bu ərazilərdə işıq olmayacaq  |     22:57 Taksilərlə bağlı yeni qayda - Qiymətlər artacaq?  |     22:50 Pezeşkian: "Dövlət öz səhvlərini qəbul etməlidir"  |     22:49 "Qarabağ" - "Ayntraxt" oyununda ilk hissə yekunlaşdı  |     22:41 Qrenlandiyada nazir sakinlərə narahatedici çağırışla müraciət etdi  |     22:35 Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var  |     22:29 Hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərə fasilə verilib? - RƏSMİ  |     22:06 Bakıda 40 yaşlı qadın qətlə yetirildi  |     21:59 "Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı: Oyunda hesab açıldı - Video  |     21:52 Avropada böyük narkotik şəbəkəsi çökdürüldü  |     21:44 “Qarabağ” və “Ayntraxt”ın start heyətləri açıqlandı  |     21:40 Azərbaycanda bir gün ərzində qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb olub  |     21:36 Bakıda iki küçənin kəsişməsindəki problem həll edildi? - Video  |     21:34 Ötən il Azərbaycanda doğulan əkizlərin sayı açıqlandı  |     21:28 Yeni icra başçısı müavinini işdən çıxardı  |     21:16 Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı  |     21:10 Haldun Dormen vəfat etdi  |     21:02 Zəbt edilən örüş torpaqları, YOX OLAN "KUPÇA": KÜRDƏMİR AQRO ARAŞDIRMA  |     20:53 Sabah 10:00-da qaz kəsiləcək - bu ərazilərdə  |     20:43 Ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar  |    
Left Banner
Right Banner

Alimlər dırnaq laklarının sağlamlığa ziyan vurduğunu müəyyənləşdirib

07.10.2019 21:20 2 666
Alimlər dırnaq laklarının sağlamlığa ziyan vurduğunu müəyyənləşdirib
Dırnaq laklarının tərkibindəki yüksək toksik maddə insan orqanizminə bərpaolunmaz ziyan vura bilər. Alimlərin gəldiyi nəticə bunu deməyə əsas verir.

Dırnaq lakları qatılaşmasın deyə, onlara formaldegid, parıltı və hamar səth üçün toluol, çatlamaması üçün isə dibutilftalat adlı maddələr əlavə olunur.

“Dibutilftalat insanın endokrinoloji sisteminə ziyan vurur. Bu maddəni bir çox ölkələrdə qadağan ediblər. Folmaldegid isə toksik maddə hesab olunur. Bu maddənin onkoloji xəstəliklərə səbəb ola biləcəyi ehtimal olunur”.

Bu fikirləri Üzvi Kimya İnstitutunun araçdırmaçı mühəndisi Olqa Mulina səsləndirib.

Toksikoloq Yevgeniy Kovalyov isə qeyd edib ki, maddələrin təhlükəli effekti istifadədən on il sonra özünü göstərə bilər. Alim bildirib ki, əsasən lakların istifadə müddəti bitdikdən sonra onlarda toksik birləşmələr yaranır. Kovalyov onu da bildirib ki, bir çox manikür ustaları lakları keyfiyyət və istehsal tarixinə görə deyil, təkcə rənglərinə görə seçir.скачать dle 11.3