Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

"Çox hörmətli bir insanla ailə qurmuşam" deyən Mətanət Əsədovadan çaş-baş sözlər

01.10.2019 20:26 3 006
Üç gün əvvəl 6 aydır "Çox hörmətli bir insanla ailə qurmuşam" deyən Mətanət Əsədova dünən sevgilisinin olduğunu açıqlayıb.

Median.Az baku.ws-ə istinadən xəbər verir ki, ifaçı Zaur Kamalın Xəzər TV-də yayımlanan "Ay Zaur" verilişində artıq ailəli olduğunu deyən Əsədova, 2 gün sonra qonağı olduğu ARB-nin "Bir arzu var" proqramında söylədiklərilə ictimaiyyəti çaş-baş qoyub.

Aparıcının "Həyatında sevdiyin biri varmı" sualını cavablandırarkən həyat yoldaşının deyil, sevdiyi insanın olduğunu və həmin şəxsin hələ də onun qəlbini qazanmadığını bildirib:
"Sevirəm, özü də onu həddindən artıq çox. Mən bilmirəm o sevgi nə olacaq. Mətanəti qazanacaqmı, ya yox, bilmirəm. Amma mən onu iki gözüm qədər istəyirəm. Hələ Mətanəti qazanmayıb. Yavaş-yavaş qazanmaq istəyir. Onu ata bilmirəm, onun da mənə qarşı eşqi-sevgisi var, amma qəlbimi tam doldurmayıb.

Mən eşq dolu bir xanımam. Sevməsəm mümkün deyil. İstəyir dünyanın yiyəsi olsun, istəyir “bomj”. Mən "bomju" da sevərəm. Sevgi mənim üçün Allaha gedən yoldur. Onunla oynamaq olmaz".

Son xəbərlər