UEFA Bakıda 50 min ağac əkdirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |     12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |     12:10 Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA (VİDEO)  |     12:09 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     12:00 DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  |     11:59 Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb  |     11:58 Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri isə yandırılıb  |     11:57 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:56 Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb  |     11:55 Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb  |     11:55 Ukrayna Belqoroda dronla zərbə endirib: Azı altı nəfər həlak olub, çoxlu sayda xəsarət alan var  |     11:54 Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB  |     11:53 Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO  |     11:52 Qazaxıstanla Qırğızıstan sərhədində zəlzələ baş verib  |     11:51 Qaradağda 24 yaşlı oğlanın meyiti tapıldı  |     11:50 Bəzi yerlərə leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA  |     11:49 Bakıda Rusiya vətəndaşı intihar edib  |     11:48 İstanbul boğazı gəmilərin hərəkəti üçün bağlandı  |    

UEFA Bakıda 50 min ağac əkdirəcək

UEFA gələn il Bakıda ağac əkdirəcək.

Bu, Avropa çempionatının keçirilməsinin 60 illiyi ilə bağlı olacaq.

Belə ki, UEFA-nın İcraiyyə Komitəsi 2020-ci ilin 12 iyun – 12 iyul tarixlərində baş tutacaq Avro-2020-nin 12 ev sahibi üçün belə bir sosial xeyriyyə aksiyası keçirilməsinə qərar verib. Bakı ilə yanaşı, London, Münxen, Roma, Sankt-Peterburq, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Qlazqo və Kopenhagen şəhərlərində ümumilikdə 600 min ağac əkiləcək. Bu isə hər şəhərə 50 min ağacın düşməsi deməkdir.

UEFA prezidenti Aleksandr Çeferin açıqlamasında bunu karbon qazının qarşısının alınması ilə əlaqələndirib. O bildirib ki, hər zaman bu şəhərlərə səfərlər zamanı onların avtomobillərinin ixrac etdiyi karbon qazının zərərsizləşdirilməsi üçün belə bir addım atılacaq.

Qeyd edək ki, Bakıda Avro-2020-nin dörd oyunu keçiriləcək. Bunlardan üçü qrup, biri isə 1/4 final matçı olacaq.

Bundan başqa, rəqabət üçün balansın qorunmasını istəyən UEFA xüsusi hesabatı müzakirə edib. “Böyük beşlik” liqalarının qazanclarının digərlərindən qat-qat artıq olması, bunun da bərabər rəqabətə maneçiliyi diqqətə çatdırılıb. Azərbaycan da daxil olmaqla digər 50 liqanın ödənişlərinə baxılması, balans yaradılması üçün addımlar atılması nəzərdə tutulub.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 387 25.09.19 13:11