Universitetə qəbul olsalar da, imtina etdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |    

Universitetə qəbul olsalar da, imtina etdilər

Bu il ali məktəbələrə qəbul olunmuş 1-ci kurs tələbələrinin qeydiyyatı artıq başa çatıb. Heç şübhəsiz ki, bu il də hansısa səbəblərdən qəbul olunduğu ali məktəbdən imtina edən gənclər olub.

Median.Az
xəbər verir ki, modern.az saytı ali məktəblərə qəbul olunub, lakin qeydiyyatdan keçməyən - başqa sözlə ali təhsildən imtina edən - tələbələrin sayını öyrənmək üçün univeritetlərlə əlaqə saxlayıb.

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova:

"2019/2020 ci tədris ilində BDU-ya 5218 nəfər qəbul olunub. 5128 nəfər qeydiyyatdan keçib, lakin 90 nəfər qeydiyyatdan keçməyib. Tələbələrin qeydiyyatdan keçməməsinin əsas səbəblərindən biri onların xaricdə oxumaq fikri əsas rol oynayır".

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı:

"2019/2020-ci tədris ilinə Azərbaycan Dillər Universiteti üçün bakalavriat səviyyəsi üzrə 1605, magistratura səviyyəsi üzrə 333 plan yeri nəzərdə tutulmuşdu. Tələbə qeydiyyatının nəticələrini nəzərə alaraq, deyə bilərəm ki, qəbul planı 95% yerinə yetirilib. Keçən tədris ilində bu rəqəm 91% təşkil edirdi. Gələn ilə hədəfimiz 100%-dir. Statistika göstərir ki, universitetimizə maraq ildən-ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə yaranan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır.

Bu il qeydiyyatdan keçməyən 10 tələbə olub. Bunun da müxtəlif səbəbləri var. Məsələn, abituriyent qəbul olunur, amma fikrini dəyişir, təhsilini xaricdə davam etdirmək istəyir. Yaxud ailənin ödənişi etmək imkanı olmur. Digər səbəb kimi isə abituriyentin qəbul olunduğu ixtisasda oxumaq istəməməsini də göstərmək olar".

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Qəzənfər Bayramov:

"Bu il Texniki Universitetə 1509 tələbə qəbul olunub və qeydiyyatdan keçib. 58 nəfər isə qəbul olunub, lakin qeydiyyatdan keçməyib".

Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU) mətbuat xidməti:

"Bu il Azərbaycan Neft və Sənaye Universitetinə UFAZ-la (Azərbaycan-Fransız Universiteti) birlikdə 2870 nəfər qəbul olunub. UFAZ-ı çıxsaq, ADNSU-ya 2731 nəfər qəbul olunub. 53 nəfər tələbə isə qeydiyyatdan keçməyib".

Bakı Slavyan Universitetinin mətbuat xidməti:

"Bu il Slavyan Universitetinə 984 tələbə qəbul olub. 26 nəfər tələbə qeydiyyatdan keçməyib".

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidməti:

"Bu il Dövlət İqtisad Universitetinə 3338 nəfər qəbul olunub və 3273 nəfər qeydiyyatdan keçib. 65 nəfər qəbul olunsa da, qeydiyyatdan keçməyib. Magistraturaya isə 1526 nəfər qəbul olunub, 63 nəfər qeydiyyatdan keçmədiyi üçün həmin yerlər boş qalıb".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Mənsur İbrahimov:

"2019/2020-ci tədris ilində Pedaqoji Universitetə 2298 nəfər qəbul olunub. Bunlardan 1442 nəfər dövlət sifarişi əsasında, 856 nəfər isə ödənişli əsaslarla qəbul olunub. 31 nəfər tələbə qəbul olunsa da, qeydiyyatdan keçməyib".

Azərbaycan Tibb Universitetinin mətbuat xidməti:

"Bu il 731 nəfər Tibb universitetinin tələbəsi adını qazanıb. 13 nəfər magistraturaya qəbul olunub".

Mətbuat xidmətindən bildirilib ki, qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri tam bəlli olmadığından qeydiyyatdan keçməyənlərin sayı barədə məlumat dəqiq deyil.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidməti:

"Bu il 1557 nəfər Memarlıq və İnşaat Universitetinin tələbəsi adını qazanıb. 1557 tələbənin 1537 nəfəri qeydiyyatdan keçib, lakin 20 nəfər keçməyib".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            865 14.09.19 18:57