Azərbaycanın Xalq rəssamı vəfat etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |    

Azərbaycanın Xalq rəssamı vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Tahir Tahirov vəfat edib.

Bununla bağlı teatrşünas-tənqidçi Anar Burcəliyev sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edək ki, Tahir Tahirov 1948-ci ildə Bakı şəhərində anadan olub. 30 may 2002-ci ildə əməkdar rəssam, 25 iyun 2013-cü ildə xalq rəssamı adına layiq görülüb. T.Tahirov Opera və Balet Teatrının səhnəsində F.Əmirovun “Sevil”, “Min bir gecə”, “Nizami”, C.Verdinin “Travita” operalarına, Donisettinin “Arlekinada”, P.İ.Çaykovskinin “Romeo və Cülyetta”, T.Bakıxanovun “Xəzər balladası”, X.Mirzəzadənin “Ağ və Qara”, Q.Qarayevin “Leyli və Məcnun”, “Don Kixot” baletlərinin səhnə tərtibatının və geyim eskizlərinin müəllifidir. T.Tahirov bir çox dövlət əhəmiyyətli tədbirlərin quruluşçu rəssamı olmuşdur. Onların sırasında Qanlı Yanvar hadisələrinin ildönümü, M.Dilbazi, S.Vurğun, Ə.Əliyev, Füzuli, Prezidentin and içmə mərasimi və başqaları var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 309 14.09.19 17:02