Binadan qırılan şüşə parçası iki piyadaya xəsarət yetirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Binadan qırılan şüşə parçası iki piyadaya xəsarət yetirdi
Bakının Yasamal rayonunda binalardan birindən iri şüşə parçası iki nəfərin üzərinə düşüb.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində yerləşən "Globus Plaza"da qeydə alınıb.

Binanın pəncərəsindəki iri şüşə parçası qırılaraq səkiyə düşüb. Bu zaman yoldan keçən 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlu və 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu xəsarət alıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 473 12.09.19 11:35