18:38 Bakıda sıxlıq olan küçələrin SİYAHISI  |     18:22 Saxta klinika fəaliyyətini davam etdirir - Xəstələr risk altında (VİDEO)  |     18:15 Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - “Mehdiyev işi”nin DETALLARI  |     18:08 Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur? - FOTO  |     17:50 Azərbaycanda Şahin ovlayan tutuldu  |     17:40 Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi saxlanıldı  |     16:45 Füzulidəki ağır qəza: Dörd nəfər xəsarət aldı  |     16:32 Keçmiş məhkum Xəzər dənizində saxlanıldı  |     16:14 Agentlik sədri: "Əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq və operativ mexanizmlərlə müəyyənləşəcək"  |     16:02 DTX tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə hökm oxundu  |     15:31 Bakıda tüfeyli həyat tərzi keçirən kişi ticarət mərkəzində öldü  |     13:49 Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi  |     13:46 İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldü  |     13:27 Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR  |     12:13 Biznesmen dayısının bir milyon manata yaxın pulunu ələ keçirən şəxs HƏBS EDİLDİ  |     12:05 Ramiz Mehdiyevin vəkili kimdir? - FOTO  |     11:56 Leyla Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisindən paylaşım etdi - Video  |     11:41 Saakaşvili: "İlham Əliyev bütün Qafqazın şərəfini qorudu"  |     11:38 Bakıda silahlı insident: İki nəfər güllələndi  |     11:37 Sevdiyi qızdan rədd cavabı aldı, üç nəfəri döydü - Saatlıda mağazada DAVA  |    

Azərbaycanda ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422,8 milyon manatlıq, o cümlədən 25 milyard 359,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 63,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Median.Az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.

9 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 %-i ərzaq məhsullarının, 4,2 %-i içkilər və tütün məmulatlarının, 13,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 %, fərdi sahibkarlar üzrə 0,9 %, bazar və yarmarkalarda isə 4,2 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 13.10.25 20:41