18:38 Bakıda sıxlıq olan küçələrin SİYAHISI  |     18:22 Saxta klinika fəaliyyətini davam etdirir - Xəstələr risk altında (VİDEO)  |     18:15 Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - “Mehdiyev işi”nin DETALLARI  |     18:08 Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur? - FOTO  |     17:50 Azərbaycanda Şahin ovlayan tutuldu  |     17:40 Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi saxlanıldı  |     16:45 Füzulidəki ağır qəza: Dörd nəfər xəsarət aldı  |     16:32 Keçmiş məhkum Xəzər dənizində saxlanıldı  |     16:14 Agentlik sədri: "Əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq və operativ mexanizmlərlə müəyyənləşəcək"  |     16:02 DTX tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə hökm oxundu  |     15:31 Bakıda tüfeyli həyat tərzi keçirən kişi ticarət mərkəzində öldü  |     13:49 Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi  |     13:46 İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldü  |     13:27 Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR  |     12:13 Biznesmen dayısının bir milyon manata yaxın pulunu ələ keçirən şəxs HƏBS EDİLDİ  |     12:05 Ramiz Mehdiyevin vəkili kimdir? - FOTO  |     11:56 Leyla Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisindən paylaşım etdi - Video  |     11:41 Saakaşvili: "İlham Əliyev bütün Qafqazın şərəfini qorudu"  |     11:38 Bakıda silahlı insident: İki nəfər güllələndi  |     11:37 Sevdiyi qızdan rədd cavabı aldı, üç nəfəri döydü - Saatlıda mağazada DAVA  |    

Azərbaycanda orta aylıq əməkhaqqı 10 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,7 % artaraq 1 094 manat təşkil edib.

Median.Az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 764,9 min nəfər təşkil edib, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18 %-i təhsil, 13,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            255 10.10.25 21:13