18:38 Bakıda sıxlıq olan küçələrin SİYAHISI  |     18:22 Saxta klinika fəaliyyətini davam etdirir - Xəstələr risk altında (VİDEO)  |     18:15 Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - “Mehdiyev işi”nin DETALLARI  |     18:08 Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur? - FOTO  |     17:50 Azərbaycanda Şahin ovlayan tutuldu  |     17:40 Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi saxlanıldı  |     16:45 Füzulidəki ağır qəza: Dörd nəfər xəsarət aldı  |     16:32 Keçmiş məhkum Xəzər dənizində saxlanıldı  |     16:14 Agentlik sədri: "Əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq və operativ mexanizmlərlə müəyyənləşəcək"  |     16:02 DTX tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə hökm oxundu  |     15:31 Bakıda tüfeyli həyat tərzi keçirən kişi ticarət mərkəzində öldü  |     13:49 Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi  |     13:46 İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldü  |     13:27 Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR  |     12:13 Biznesmen dayısının bir milyon manata yaxın pulunu ələ keçirən şəxs HƏBS EDİLDİ  |     12:05 Ramiz Mehdiyevin vəkili kimdir? - FOTO  |     11:56 Leyla Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisindən paylaşım etdi - Video  |     11:41 Saakaşvili: "İlham Əliyev bütün Qafqazın şərəfini qorudu"  |     11:38 Bakıda silahlı insident: İki nəfər güllələndi  |     11:37 Sevdiyi qızdan rədd cavabı aldı, üç nəfəri döydü - Saatlıda mağazada DAVA  |    

Pakistan Azərbaycan bazarına ət tədarükünə başlayacaq

Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb və tədarükün operativ şəkildə həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır.

"Report" Pakistan mediasına istinadən xəbər verir ki, bu barədə Pakistanın Ticarətin İnkişafı İdarəsi (TDAP) məlumat yaylıb.

Bu, Pakistanın Heyvanların Karantini Departamentinin Azərbaycan tərəfinin müəyyən etdiyi bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirməsi sayəsində mümkün olub.

TDAP artıq ət ixracatçıları və müvafiq təşkilatlarla xüsusi iclas keçirərək Azərbaycan bazarına çıxış strategiyalarını ətraflı müzakirə edib.

Növbəti addımlar çərçivəsində noyabrda Pakistanın ət ixracatçılarından ibarət nümayəndə heyətinin Bakıya gəlməsi planlaşdırılır. Bundan əlavə, birbaşa ticarət və işgüzar əlaqələrin gücləndirilməsi üçün Azərbaycanın aparıcı idxalçıları Pakistanda keçiriləcək sərgidə iştirak etməyə dəvət olunacaqlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 06.10.25 19:02