Mojo.az Banner
16:35 Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq  |     16:29 Qurban Qurbanov meydançanı qardan təmizlədi (FOTO)  |     16:28 Bakıda atanın qızını cinsi zorakılıqla hədələdiyi iddia olunur - Polis araşdırmaya başladı  |     16:27 Yeni ekologiya və təbii sərvətlər naziri kimdir? – DOSYE  |     16:25 Prezident Rəşad İsmayılovu nazir təyin etdi  |     16:23 Məhkəmə tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşı barəsində qərar verib  |     16:21 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə getdi (Yenilənib)  |     16:19 İlham Əliyev İordaniya ilə sazişi təsdiqlədi  |     15:13 Paytaxtda "Gelandewagen"in təkərlərini oğurlayan iki nəfər ələ keçdi  |     14:50 Lənkəranda əkiz övlad anası üçəm dünyaya gətirdi  |     14:46 Fəzail Ağamalının ölüm səbəbi nə olub? - Professor şərh etdi  |     14:32 Prezidentin yüksək vəzifə verdiyi Azər Mursaqulov kimdir? - DOSYE  |     14:31 Müştərilərlə dolu olan restorana od vuranlardan birinin şəxsiyyəti məlum oldu (Video)  |     14:29 İlham Əliyev Azər Mursaqulova yüksək vəzifə verdi  |     13:53 İsmayıllıda narkotiklərin satışı ilə məşğul olan şəxs tutulub  |     13:37 "Azərbaycanfilm"də 15 nəfər işdən çıxarıldı  |     13:31 Yanvarda rekord sayda maqnit qasırğası baş verib  |     13:10 Bakıda kollec müəllimi vəfat etdi  |     12:29 Borc aldığı tanışının boğazını kəsərək öldürən şəxslə bağlı qərar verildi  |     12:24 Nəriman Axundzadə "Qarabağ"dan getdi - RƏSMİ  |    
Left Banner
Right Banner

UEFA reytinqi: Azərbaycan irəliləyərək Rusiyanı geridə qoyub

02.08.2024 11:16 1 665
UEFA reytinqi: Azərbaycan irəliləyərək Rusiyanı geridə qoyub
Azərbaycan avrokubokların üçgünlük sessiyasından sonra UEFA əmsallar cədvəlində irəliləyib.

Bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.

23-cü sırada yer alan ölkənin əmsalı 18.375-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Cəbəllüttariqin "Linkoln" komandasının qapısına beş cavabsız qol vurub. "Köhlən atlar" səfərdə də qalib gəlmişdilər - 2:0.

"Zirə" ötən gün Slovakiyada "DAK 1904" klubunu üstələyib - 2:1. "Qartallar" ilk dueldə inamlı qələbə əldə ediblər - 4:0.

"Sabah" əlavə vaxtda İsrailin "Makkabi" (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.

Evdə Macarıstan təmsilçisi "Fehervar"a məğlub olan "Sumqayıt" səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.

Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0.625 xal qazandırıb (bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə isə yarım xal verilir, yekun nəticə klubların sayına (4) bölünür).

Bu mövsüm qazanılan xallar 1.625-ə çatıb - "Zirə" ümumi hesaba 0.750 xal, "Qarabağ" 0.500 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" isə 0.125 xal töhfə veriblər.

Hazırda ölkəmizdən öndə olan Macarıstanın 19.500 xalı, geridə qalan Rusiyanın isə 18.299 xalı var.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (89.160) başçılıq edir.скачать dle 11.3