Mojo.az Banner
15:35 Binalarda komendant özbaşınalığı: Pullar necə xərclənir?  |     15:26 Paytaxtda oğurluq edən 5 nəfər saxlanıldı  |     15:20 "Səkkiz"in kinoteartda nümayişi dayandırıldı  |     15:05 Ermənistanın reytinqi Azərbaycanla sülh razılaşması sayəsində yüksəldi  |     14:55 Bu hallarda hərbi vəzifəlilərin maaşları saxlanılacaq  |     14:35 KİV: Ramzan Kadırovun oğlu Qroznıda baş verən ağır qəzadan sonra Moskvaya aparılıb (FOTO)  |     14:32 10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş (FOTO)  |     14:26 Kamçatkada güclü zəlzələ oldu  |     14:25 "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq  |     14:24 Azərbaycan nefti bahalaşıb  |     14:23 Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT: "Daha təhlükəsiz marşrutlar üzrə hərəkət edilməlidir"  |     14:22 Venesuela hadisələri zamanı ölənlərin sayı açıqlandı  |     14:21 Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib  |     14:03 Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz  |     13:35 Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı - İDDİA (Video)  |     13:32 Pakistanda polis bölməsinə hücum edən silahlı dəstə zərərsizləşdirilib  |     13:17 Bakı metrosunda ÖLÜM  |     13:15 "Moody's": Azərbaycan-Ermənistan sülh razılaşması geosiyasi riskləri azaldır  |     13:11 Binəqədidə maşın qaçıran şəxs saxlanıldı  |     13:03 Tanınmış həkim Ədalət Rüstəm vəfat etdi  |    
Left Banner
Right Banner

"Gənclik" metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

15.11.2023 21:36 2 250
Sabah Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakının “Gənclik” metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd edilib ki, azarkeşlərin Tofiq Bəhramov adına Respublika stadionuna gediş-gəlişini asanlaşdırmaq, o cümlədən səmti rahat müəyyənləşdirə bilmələri üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Qatarların hərəkəti iş günü ərzində adi iş rejiminə uyğun tənzimlənəcək. Bununla belə, gün ərzində nəzarət mexanizmləri tətbiq olunacaq, xüsusən metro istifadəçilərinin oyun başa çatdıqdan sonra təhlükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanmaqla, zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq.скачать dle 11.3