Nəcməddin Sadıkovun yaxın adamının həbs müddəti uzadıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:28 Kəşmirdə Hindistanın açdığı atəş nəticəsində ölənlər və yaralananlar var  |     16:48 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     16:25 DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər  |     14:44 Bakı-Astara magistralında QORXUNC AVTOQƏZA: Ölən və yaralananlar var (VİDEO)  |     14:03 Abşeronda sex yanır  |     13:40 Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu  |     13:10 Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ  |     13:09 "Baytarlıq haqqında" Qanuna dəyişiklik edildi  |     13:07 AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub  |     13:05 Leyla və Arzu Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkiblər - FOTO  |     12:57 Faşizm üzərində qələbədən 80 il ötür  |     12:55 Alyona Əliyeva 9 May münasibətilə paylaşım edib - FOTO  |     12:35 Olimpiya mükafatçısı Fransada faciəli şəkildə həlak oldu  |     12:31 Alkoqol hansı dozada içildikdə sağlamlıq üçün təhlükə yaratmır? - Rusiyalı həkim miqdarı açıqladı  |     12:30 Sakinlər qorxu içində: Binanın üzlük daşları hər an faciəyə səbəb ola bilər - VİDEO  |     12:23 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR - VİDEO  |     12:20 Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı? - VİDEO  |     12:15 "BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB  |     12:02 Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır - Molla isə maklerlik edir (VİDEO)  |     11:58 DİN: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir"  |    

Nəcməddin Sadıkovun yaxın adamının həbs müddəti uzadıldı

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin 42 milyon manatdan çox zərərvurma faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq davam edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Səbail Rayon Məhkəməsində keçirilən iclasda DTX-nin müstəntiqi tərəfindən verilmiş vəsatət əsaslı hesab edilib. Qərara əsasən Z.Niftəliyevin həbsdə saxlama müddəti 35 gün uzadılıb.

Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

İttihama görə, Zahid Gülsəfa oğlu Niftəliyev kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaradıb, təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə saxta məlumatlar təqdim edib, 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan “Atabank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Xatırladaq ki, Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 410 14.11.23 13:27