Mojo.az Banner
23:03 "Yaxşı sürücü qışda tanınar" - Yolda qalmaq istəməyənlər üçün vacib qaydalar  |     22:58 Avropa ölkəsi həyəcan təbili çalır: Afrika donuz taunu 30 il sonra qayıtdı  |     22:51 Bankların müştərilərin xəbəri olmadan “qopardığı” xidmət haqları - Bu, nə qədər qanunidir?  |     22:46 Azərbaycanlı gimnast beynəlxalq turnirdə 2 qızıl medal qazandı  |     22:40 Qarpız almağa getdi, satıcının "iPhone 16 Pro" telefonunu oğurladı  |     22:35 Bu ərazilərdə kirayə evlər fantastik qiymətə qalxıb - 5 min AZN-dək...  |     22:27 Sabah Bakı və Abşeronda leysan yağacaq  |     22:22 Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı  |     22:15 Qanun dəyişir: 8 min manatlıq müavinət kimlərə veriləcək?  |     22:09 Ağdaşda kişi meyiti aşkarlanıb  |     21:58 Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib - FOTO  |     21:48 "Qəbələ" - "Turan Tovuz" oyununun davamı sabah keçirilməyəcək  |     21:24 DÇ-2026-nın İran - Misir oyunu LGBT-yə həsr olunacaq  |     21:09 Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq  |     20:44 Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  |     20:26 Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     19:39 Kommunal xidmətlərin vahid informasiya sistemi bu tarixdə istifadəyə veriləcək  |     19:38 Müğənni Dəniz Əsədova növbəti dəfə hakim qarşısına çıxarılacaq  |     19:09 Misin qiyməti tarixi maksimuma çatıb  |     18:41 Yaponiyada güclü zəlzələ: Üç metr hündürlükdə sunami gözlənilir  |    
Left Banner
Right Banner

Binadan başına daş düşən yeniyetmənin son vəziyyəti barədə həkimdən AÇIQLAMA

04.05.2021 15:11 1 965
Binadan başına daş düşən yeniyetmənin son vəziyyəti barədə həkimdən AÇIQLAMA
Bakıda binadan başına daş düşən Əli Şabanovun vəziyyəti ağır olaraq qalmaqdadır.

Bu barədə Trend-ə Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Rövşən Bağırov deyib. Onun sözlərinə görə, yeniyetmə koma vəziyyətindədir:

“Xəstənin vəziyyəti ağır olaraq qalmaqdadır. Koma vəziyyətindədir və tənəffüsü süni ventilyasiya ilə davam etdirilir. Durumunda ciddi bir dəyişiklik yoxdur. Təəssüflər olsun ki, aparılan intensiv reanimasiyon müalicələrə baxmayaraq, xəstədə hər hansısa yaxşılaşma reaksiyası əldə etmək mümkün olmayıb”.

R.Bağırov əlavə edib ki, yeniyetmənin vəziyyətinin yaxşılaşması üçün bütün cəhdlər və müalicələr aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlu ağır kəllə-beyin travması alıb və komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.скачать dle 11.3