Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Kommunal xidmətlərin vahid informasiya sistemi bu tarixdə istifadəyə veriləcək

08.12.2025 19:39 750
Kommunal xidmətlərin vahid informasiya sistemi bu tarixdə istifadəyə veriləcək
"Bizim təsərrüfat subyektlərində süni intellekt mövzusunda addımlar atılmaqdadır. "Azəristiliktəchizat”da rəqəmsallaşma istiqamətində planlar mövcuddur. Hazırda yüksəksəviyyəli nümayəndələr həm "Azəristiliktəchizat”la, həm də Energetika Nazirliyi ilə Avropada ezamiyyətdədirlər".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda konfransda çıxışı zamanı energetika nazirinin müavini Elnur Sultanov deyib.

"Bununla yanaşı, SOCAR-da çox diqqətədəyər hadisələr baş verir. Bilirsiniz ki, rəqəmsallaşma məhsuldarlığı artırmaqla bərabər, kiberhücumlara zəiflik mənasına da gəlir. Yəni effektivliyin qarşılığında eyni zamanda kiberhücuma məruzqalma çağırışları ilə üz-üzə qalmış oluruq. SOCAR-da bu istiqamətdə mərkəzləşdirilmiş təhülkəsizlik əməliyyatlar sistemi də qurmaqdadır. "Azərişıq"da təsərrüfat subyektləri nöqteyi-nəzərindən xüsusi olaraq kommunal xidmətlərin vahid informasiya sisteminin qurulması haqqında danışmaq istərdim. İlkin layihə hazırdır və hədəf modelin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Digər bir məsələ "Azərişıq" çərçivəsində iş axınlarının rəqəmsallaşdırılması və bunun ötəsində bəzi iş axınlarının artıq vizuallaşdırılmasıdır ki, bu da xüsusi rəqəmsallaşmanın xüsusi bir mərhələsi olaraq qeyd edilə bilər", deyə Elnur Sultanov bildirib.

Nazir müavini qeyd edib ki, "Azərenerji"də artıq 143 obyekt SCADA - rəqəmsal sistemə qoşulub:

"Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri günəş elektrik stansiyası, digərləri isə 110, 220, 330 və 500 kilovoltluq yarımstansiyalardır. Eyni zamanda burada 40-a yaxın sistemdə mikro-SCADA yaradılıb və ana sistemə, makro-SCADA-ya qoşulub ki, nəticə etibarilə son beş il ərzində fiber-optik kabel məsafəsi 850 kilometrdən 5000 kilometrə qədər artırılıb".

Son xəbərlər