Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı

16.11.2019 20:07 2 940
SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı
“Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu olduğu və buna görə də “Azəristiliktəchizat”ın qazanxanaları təbii qazla təmin edə bilmədiyi haqda mətbuatda xəbərlər yayılmışdı.

Məsələnin ciddiliyini nəzərə alan SOCAR rəhbərliyi, şəxsən Rövnəq Abdullayev əhalinin soyuqdan əziyyət çəkməməsi üçün dərhal tədbir görərək “Azəristiliktəchizat”a verilən təbii qazı təmin edib.

Xatırladaq ki, hər il noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalar “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin edilməlidir. Lakin “Azəristiliktəchizat” təbii qaz təminatını həyata keçirən “Azəriqaz”a olan borc öhdəliyini yerinə yetirmədiyi üçün bu kimi problemlər yaranır.

Buna baxmayaraq SOCAR rəhbərliyi bu il də əhalinin soyuqdan əziyyət çəkməməsi və qazanxanalara istilik verilə bilməsi üçün müvafiq qərar alıb.

Ümid edirik ki, “Azəristiliktəchizat” rəhbərliyi bundan sonra mövcud borca daha məsuliyyətlə yanaşmağa, vəziyyətdən çıxış yolu tapmağa və abonentləri vaxtında lazımi istiliklə təmin etməyə çalışacaq.

Son xəbərlər