Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:01 Milyarderlər ən çox bu bürclərdən çıxır | 21:56 Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ) | 21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi | 21:30 "Çayın puluna oynayırdıq" dedi, məhkəmə inanmadı - 2250 manat cərimə | 21:23 Olduğun yaşı qəbul etmək ömrü 7,5 il uzada bilər (ARAŞDIRMA) | 21:17 Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi | 21:09 Süni intellekt "Java"da 12 ildir gizli qalan təhlükəli boşluğu üzə çıxardı | 21:03 2026-2027-ci ilin qışında dəbdə olacaq xəz palto - 5 əsas trend | 20:58 Naxçıvanda 10 ceyran təbiətə buraxılıb | 20:50 İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq | 20:45 Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub | 20:36 “Boşanıram” deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi - Bakıda DƏHŞƏT | 20:31 Bu daraq saç çıxaracaq | 20:24 Sabah 20 dərəcə isti olacaq | 20:19 Ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək | 20:11 Çipsə 1 manat aksiz vergisi tətbiq ediləcək | 20:00 Evini kirayə verənlərin nəzərinə: Gələn ildən... | 19:53 Azərbaycanda pensiyaçıların sayı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qəbələdə qol dueli: “Neftçi” səfərdən xal itkisi ilə dönür - VİDEO

10.04.2021 21:16 3 288
Qəbələdə qol dueli: “Neftçi” səfərdən xal itkisi ilə dönür - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

Oxu.az xəbər verir ki, günün ilk oyunu Qəbələdə keçirilib. Çempionluğa iddia edən “Neftçi” “Qəbələ”nin qonağı olub.

Oyunun ilk hissəsində hesab açılmasa da, ikinci hissədə əsl qol dueli yaşanıb.

Belə ki, 54-cü dəqiqədə meydan sahiblərinin heyətində Ceyms Adeniyi baxımlı qolla hesabı açıb.

Bundan 8 dəqiqə sonra paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov matçda tarazlıq yaradıb.

67-ci dəqiqədə “qırmızı-qaralar” yenidən önə keçib. Yurqen Qoxa komandasını sevindirib.

Bakılıların kapitanı Emin Mahmudov 72-ci dəqiqədə penaltidən fərqlənməklə oyunda son nöqtəni qoyub -2:2.

Bu nəticədən sonra xalını 43-ə çatdıran “Neftçi” ən azı bir günlük liderliyə yüksəlib. “Qəbələ” isə 24 xalla 5-cidir.

Son xəbərlər