Mojo.az Banner
12:46 Bakıda 64 yaşlı kişi boğulub öldü  |     12:45 Dövlət agentliyində yoxlama aparılmasına 180 min manat xərclənəcək  |     12:44 Bakıya qar yağacaq, yollar buz bağlayacaq  |     12:43 "Arsenal"ın oyunu təxirə salınacaq  |     12:27 Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə xəbərdarlıq edildi  |     12:00 DİN-dən bazar günləri peyda olan "parkovşik"lərlə bağlı AÇIQLAMA  |     11:54 Sumqayıt Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi işini itirdi  |     11:48 Bakıda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırıldı  |     11:47 İtkin kimi axtarılan gənc tapılıb  |     11:17 Həbsdə olan Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürdü  |     23:02 Goranboyda "Gənclər Paytaxtı 2026"nın açılış mərasimi keçirilib  |     22:51 Mərkəzi Bank məlumat yaydı  |     22:41 Mərkəzi Bank məlumat yaydı  |     22:36 Bakıda 19 yaşlı tələbə itkin düşdü  |     22:27 Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var  |     22:09 Bakıya dəhşətli soyuqlar gəlir  |     22:00 ABŞ İran PUA-sını vurdu  |     21:51 İsrail və Azərbaycan memorandum imzaladı  |     21:46 Məşhur diktor vəfat etdi  |     21:39 İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq  |    
Left Banner
Right Banner

Azərbaycan və Türkiyə Qarabağın işğaldan azad edilməsi haqqında birgə film çəkəcək - VİDEO

02.03.2021 16:04 1 848
Azərbaycan və Türkiyə Qarabağın işğaldan azad edilməsi haqqında birgə film çəkəcək - VİDEO
Azərbaycan və Türkiyə Qarabağın işğaldan azad edilməsi haqqında film çəkilişlərində birgə fəaliyyət göstərəcək.

Bu barədə Ankaraya rəsmi səfər edən Mədəniyyət naziri Anar Kərimov “TRT Haber”ə müsahibəsində deyib.

O, film sahəsində Türkiyənin təcrübələrindən faydalanmaq istədiklərini vurğulayıb.

“Qəhrəman əsgərlərimizin mübarizəsini filmlə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq. Keyfiyyətli filmlərin çəkilməsinə ehtiyac var. Bu məqsədlə türkiyəli qardaşlarımız və istehsal şirkətləri ilə ortaq layihələr hazırlamaq istərdik”, - deyə nazir vurğulayıb.
скачать dle 11.3