Mojo.az Banner
23:01 Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər  |     22:54 Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir  |     22:48 Tanınmış iş adamı vəfat etdi  |     22:40 Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək - FOTO  |     22:35 Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq  |     22:27 Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI  |     22:22 Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı (Video)  |     22:07 Yarım milyonu mənimsəməkdə ittiham olunan çobanın valideynləri açıqlama verdilər (Video)  |     22:01 Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirildi  |     21:53 Təbrizdə hərbi vəziyyət elan edildi - FOTO  |     21:44 "Med Corporation"un külli miqdarda vergi borcu var  |     21:39 Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçirdi  |     21:33 Ağdamda avtomobillər üçün şarj cihazı istehsal olunur (Video)  |     21:25 Bu il pensiyalar nə qədər artırılacaq?  |     21:20 Azərbaycanda pensiyaçıların sayı açıqlandı  |     21:12 Ötən il 540 nəfər Azərbaycana readmissiya olunub  |     21:05 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:00 Aygündən Röyaya dəstək - FOTO  |     20:51 “1500 manatlıq yardım” elanı yalandı - ALDANMAYIN  |     20:41 “Harada park etdim?” problemi tarixə qovuşur: “Google”dan yeni funksiya  |    
Left Banner
Right Banner

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

26.02.2021 13:57 2 973
Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”
“Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə Xocalı soyqırımına öz münasibətini bildiriblər. Bu istiqamətdə işlər davam etdiriləcək”.

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə bu məsələ bir çoxları üçün aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə imkanları o qədər də çox deyildi. Həmin vaxt erməni lobbisi fəal çalışırdı və müharibə ilə bağlı, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatlar ötürürdü. Beynəlxalq ictimaiyyətdə yanlış fikirlər formalaşmışdı.

Bu fikirləri aradan qaldırmaq, onları təkzib etmək üçün biz əlbəttə ki, böyük səylər göstərməli idik və son illər ərzində ardıcıl fəaliyyətdə bu səyləri göstərmişik. Dövlət olaraq, ictimai təşkilatlar olaraq. İctimai təşkilatlar arasında Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Xocalıya ədalət şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib.

Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın. Nə Azərbaycanda, nə də dünyada heç vaxt bu təkrarlanmasın. Heç vaxt Azərbaycan 90-cı illərin əvvəlində olan o aciz duruma düşməsin. Hər zaman Azərbaycan özünü və öz vətəndaşlarını qoruya bilsin.

Hesab edirəm ki, bu gün Xocalı soyqırımı ilə bağlı dünyada geniş məlumat var. Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyalar yayaraq, bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törədib. Bu addımların təkrarını biz İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı və digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, Azərbaycan bunu özü törədib. Halbuki ballistik raketlərlə açılan atəş peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə Minsk qrupuna həmsədrlik edən ölkələr bütün bu mənzərəni izləyirdi.

Ballistik raketlər Ermənistan ərazisindən buraxılıb. Ermənilər növbəti yalana cəhd göstərdilər, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və məlumatı ötürmək üçün imkanlarımız var. Ona görə mən tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında bütün dünya biləcək, bizim vəzifəmiz bundan ibarətdir. Bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər bundan sonra da ardıcıl sürətdə aparılacaq”.скачать dle 11.3