Mojo.az Banner
13:34 Pəncərədən daxil olaraq mənzildə köməksiz qalan körpəni xilas etdilər - Video  |     13:32 Qardaşı arvadını yataq otağında qətlə yetirən şəxsə HÖKM OXUNDU  |     13:32 Əsgərlikdən yayındırmaq, işə düzəltmək vədləri ilə xeyli pul mənimsədi, ağır cəza aldı  |     13:30 Bu gün Yalançı çərşənbədir  |     13:28 Azərbaycanda icra başçısına töhmət verildi  |     13:18 Nikol Paşinyan evləndi  |     13:17 Oman vətəndaşları Azərbaycana vizasız gələcəklər  |     13:16 Naxçıvanda müəllim vəfat edib - FOTO  |     12:29 Evinin sənədi olmayanlara VACİB XƏBƏR: 15 günə çıxarış almaq mümkün olacaq  |     12:27 Azərbaycan neftinin qiyməti 70 dolları ötüb  |     12:25 Azərbaycanda tanınmış şair vəfat etdi - FOTO  |     12:23 Prokuror “Crocus City Hall”dakı terror aktı üzrə təqsirləndirilən şəxslər üçün ömürlük həbs cəzası istəyib  |     12:21 Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR - Video  |     12:19 "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - Video  |     12:12 Ruben Vardanyana HÖKM OXUNDU (Yenilənib)  |     12:06 Bakının mərkəzində GÜCLÜ YANĞIN - Hadisə yerindən GÖRÜNTÜLƏR (Video)  |     23:03 Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb, əks istiqamətdə artıb  |     22:58 Prokuror "Crocus Citi Hall" hadisəsində təqsirlədirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilməsini istəyib  |     22:50 "Apple" ən ucuz noutbuklarını buraxacaq  |     22:45 Çin avtomobili almaq istəyənlərin nəzərinə! Qiymətlər bu qədər artacaq  |    
Left Banner
Right Banner

Erməni deputat: “Vətəndaşlarımızın Rusiyaya rekord miqrasiyası başladı”

01.02.2021 17:59 2 715
Erməni deputat: “Vətəndaşlarımızın Rusiyaya rekord miqrasiyası başladı”
Bu gün Rusiya sərhədlərinin Ermənistan vətəndaşları üçün açılması Ermənistandan Rusiyaya rekord sayda miqrasiyanın başlanğıcı olacaq.

Bu barədə Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” partiyasından olan millət vəkili Naira Zohrabyan “Vestnik Kavkaza”ya müsahibəsində bildirib.

Bu gün erməni siyasətçi Rusiyaya gedən sərnişin trafikini müşahidə etmək üçün xüsusilə İrəvanın Zvartnots hava limanına gedib:

“Hava limanından təzə gəldim. Deputat olaraq vəziyyətin nə yerdə olduğunu görmək istədim və siz təsəvvür belə edə bilməzsiniz ki, vəziyyət nə qədər gərgin idi. Moskvaya tək gediş üçün biletlər götürürlər və dünən gecə onların qiymətləri 800-900 dollara qədər qalxıb. Rusiyaya uçuşlara heç vaxt belə tələbat olmamışdı. Ermənistan son 30 ildə ən böyük miqrasiya ilə qarşılaşacaq, hətta keçən əsrin 90-cı illərində belə bir şey yox idi”.

Naira Zohrabyan belə rekord sayda miqrasiyanın bir neçə səbəbinin olduğunu izah edib:

“Birincisi, müharibədir. İkincisi, ermənilər artıq öz ölkələrində özlərini təhlükəsizlikdə hiss etmirlər. Üçüncüsü və ən əsası, Ermənistandakı iqtisadi vəziyyətin çox çətin olmasıdır”.

“İndi insanlar qorxurlar ki, Rusiya Federasiyası ilə əlaqə yenidən kəsilə bilər. Bir millət vəkili olaraq bir çox vətəndaş məndən rusiyalı həmkarlarla danışmağımı xahiş edir ki, sərhəd martın 1-də bağlanmasın. Ümumi atmosferə nəzər salsaq, Ermənistanda demoqrafik böhranın olması qaçılmazdır. Mən sözsüz, ailələrini xilas etmək və yeməklə təmin etmək istəyən erməniləri günahkar hesab etmirəm - ermənilərin Ermənistanda yaşaması üçün bütün imkanları bağlayan hakimiyyət günahkardır”, - deyə, Ermənistanın millət vəkili qeyd edib.

Zohrabyan vəziyyətlə bağlı ona müraciətlərindən biri barədə danışıb.

“Dünən gecə bir Ermənistan vətəndaşı mənə yaxınlaşdı və dedi: “Biletlərin tam qiymətini ödəyə bilmirəm, pilotla danışıb deyə bilərsinizmi məni və həyat yoldaşımı biletlərin yarı qiymətinə işçilərin salonuna buraxıb Rusiyaya aparsınlar?”. Bunu eşitmək və görmək mənə çox çətindir”, - deyə, o etiraf edib.

“Təkcə bu gün, fevralın 1-də İrəvandan Rusiyaya 6 reys baş tutub ki, onlardan 4-ü Moskvaya uçub.

İlk uçuş səhər saat 7:55-də Minvodıya yola düşdü. Bu, milli faciədir. Vətəndaşlarımızın çoxunun bileti var idi, amma onlarda koronavirus testinin müsbət olduğu ortaya çıxdı və təsəvvür edin ki, Rusiyaya uçmaq fürsətini itirdilər. Bu, Ermənistanın hazırkı hakimiyyəti üçün bir faciə və utancdır”, - Zohrabyan deyib.скачать dle 11.3
Mojo.az Banner